Çərşənbə, 07 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın hücum diplomatiyası: Ermənilərə dəstək verənlər...

Ermənistan-Azərbaycan münaqişəsində rəsmi Bakı hücum diplomatiyasını davam etdirir və bu artıq müəyyən mənada bəhrəsini verməkdədir. Əgər əvvəllər beynəlxalq aləm rəsmi İrəvanın hərbi-siyasi avantüralarına loyal münasibət sərgiləyirdisə, artıq ritorika bir qədər dəyişib.

Ermənistanın “iyul təxribatı”na reaksiyalar da bunu deməyə əsas verir. Bu dəfə hətta Rusiya belə, rəsmi İrəvanı gözlənildiyi kimi dəstəkləmədi. Bu ölkənin KİV-lərində Ermənistanın Baş naziri Nikol Paşinyanın tənqid edilməsi, Tovuz istiqamətindəki hərbi avantüranın müəllifinin Ermənistan olmasınının vurğulanması bu qənaəti yaradır.

Dünyanın digər aparıcı ölkələri də bu dəfə baş verənlərə reaksiya verərkən daha çox Ermənistanı təxribatları çəkinməyə çağırdı və Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Hətta dünən yayılan məlumatlara görə, ABŞ Konqressi Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını rəsmən tanıyıb. Bununla bağlı Konqressin Nümayəndələr Palatasının Qaydalar Haqqında Komitəsində 296 saylı düzəliş qəbul edilib.

Düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.

Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib ki, düzəlişin müəllifləri Konqresin üzvləri Stiv Şarlot və Stiv Koendir.

“Söhbət Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə Katibliyi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması düzəlişindən gedir. Burada vacib məqamlar hansılardır? Düzəlişdə Azərbaycan da daxil olmaqla, digər 3 ölkədə ərazilərin qeyri-qanuni işğalı faktı təsdiqlənir. İşğal olunmuş ərazilərdə köçkün düşmüş və həmin ərazilərdə həyatını itirmiş vətəndaşlar barədə məlumatın hazırlanaraq Müdafiə Departamenti ilə birlikdə Konqresə təqdim olunmasından gedir. Burada söhbət Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi düzəlişdən gedir. Proses hələ davam edir. İndiki mərhələdə bu düzəlişin bizim üçün əhəmiyyəti çox böyükdür. Çünki burada Azərbaycanın ərazilərinin işğal olunması faktı təsdiq olunur”, - deyə XİN rəsmisi vurğulayıb.

ABŞ Konqressinin işğal faktını tanımasını Azərbaycan diplomatiyasının uğuru kimi dəyərləndirmək olar. Əlbəttə ki, bu, yuxarıda qeyd etdiyimiz kimi rəsmi Bakının artıq düşmənlə öz dilində danışmağa başlamasının təzahürüdür.

Ölkə başçısı İlham Əliyev də məhz buna görə çıxışlarında “hücum diplomatiyası”nın vacibliyini önə çəkirdi. Onun bu məsələdə barışmaz mövqe tutması Elmar Məmmədyarovun Xarici İşlər naziri vəzifəsindən kənarlaşdırılmasında özünü göstərdi. Keçmiş Xarici İşlər nazirinin işdən çıxarılmasının əsas səbəblərindən biri ölkə rəhbrəliyindən fərqli olaraq danışıqlarda sərt ritorikaya üstünlük verməməsi idi. Elmar Məmmədyarov postu ilə vidalaşmamışdan öncə bu fakr hakimiyyətin siyasi kursunu dəstəkləyən deputatların dilindən səsləndirilmişdi.

Rəsmi Bakının “hücum diplomatiyası” həm də işğalçı Ermənistana bu və ya digər şəkildə dəstək verən ölkələrə də yönəlib. Artıq ölkə başçısı səviyyəsində açıq şəkildə həmin ölkələrə müəyyən mesajlar verilir. Elə dünən Prezident çıxışında bəzi müsəlman ölkələrinin də Ermənistanla əlaqələrinə toxunub.

“Baxmayaraq, bu ölkələrdə erməni rəsmi orqanları, onların səfirlikləri gecə-gündüz çalışırlar ki, bəzi müsəlman ölkələrini öz tərəfinə çəksinlər. Biz bunu görürük. Bəzən səfərlər edirlər. Bəzən dövlət başçısı səviyyəsində müsəlman ölkələrinə gedirlər. Biz hər şeyi izləyirik, baxırıq, baxmalıyıq. Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır.

Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər”, - deyə ölkə başçısı vurğulayıb.

İlham Əliyev konkret ad çəkməsə də, bu çıxışda İranın nəzərdə tutulduğunu güman etmək olar. Müəslman ölkələri arasında məhz İranın rəsmi İrəvanla sıcaq münasibətlərinin olması sirr deyil. Bununla belə, Tehran din amilini önə çəkərək Bakı ilə də münasibətləri dərinləşdirmək istəyir. Ölkə başçısı isə “Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər?” ritorik sualı ilə birmənalı mövqe tələb edir.

“Əfsuslar olsun ki, özünü bizə dost kimi təqdim etmək istəyən bəzi ölkələr onlara bu mərmiləri veriblər ki, Azərbaycan əsgərini, Azərbaycan vətəndaşını, uşağı, qocanı Xocalıdakı kimi öldürsünlər”. Prezidentin bu fikirləri isə Serbiyanın Gürcüstan üzərindən Ermənistana silah göndərməsinə eyham sayıla bilər. Bu fakt bir neçə gün əvvəl üzə çıxıb və artıq Serbiya tərəfindən qismən etiraf edilib. Gürcüstanın Xarici İşlər Nazirliyi isə yayılan xəbərlərin dezinformasiya olduğunu bildirib.

Həm Gürcüstan, həm də Serbiya Azərbaycanla strateji tərəfaşıdır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Valideynlərə şad xəbər: Məktəbli formaları ucuzlaşdı

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Qazaxda dövlət qulluqçuları üçün “Təşkilati mədəniyyət və vətəndaşlarla işin təşkili” mövzusunda təlim keçirilib

Paris-2024: Azərbaycan atleti 7-ci yeri tutub    

Qurban Qurbanov: Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir

Ən çox oxunanalar