Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İbrahim Borçalı oğlunun nəşini Bakıya gətirə bilməyib

İbrahim Borçalı avtomobil qəzasında ötən gün dünyasını dəyişən oğlunun nəşini Bakıya gətirə bilməyib.

Musavat.com bildirir ki, bu barədə şairə Nazilə Səfərli sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə uzun danışıqlardan sonra İbrahim Borçalı, xanımı Zöhrə və qayınatası nəhayət ki, Gürcüstana keçə biliblər: "Qızı isə təəssüf ki, Bakıda qalmalı oldu. Bacının qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik. Nə ağır il oldu bu il".

Nazilə Səfərli bildirib ki, anası hələ də oğlunun vəfat etdiyini bilmir:
"Ən pisi odur ki, Zöhrə yazıq hələ də bilmir oğlu rəhmətə gedib. Sərhəddə xəyal qururmuş ki, mən karantində olana qədər oğlum komadan ayılar. İndi evlərinə çatmış olar. Bilmirəm, ona niyə yalan dedik. Həqiqəti bilsəydi, bu uzun yolu onu aparmaq mümkün olmayacaqdı.

Oğlunu tabutda görüb necə tab gətirəcək... Heç bir ata-ana bu acını yaşamasın. Nə ağır dərddir".

Xatırladaq ki, müğənni İbrahim Borçalının oğlu iki gün əvvəl Gürcüstanda avtomobil qəzasında dünyasını dəyişib. Ağır avtomobil qəzası keçirən Rəhim yerindəcə keçinib. Türkiyədə təhsil alan gənc uzun müddətdir Gürcüstanda imiş.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar