Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşınmaz əmlak bazarında son vəziyyət... - Qiymətlər nədən xəbər verir?

Vətəndaşların evdən xüsusi icazələrlə çıxması, bölgələrə gediş-gəlişin dayandırılması həyət və bağ evlərinə tələbatı artırıb...

Daşınmaz əmlak üzrə ekspert: “Hal-hazırda daşınma əmlak bazarında olan vəziyyət ümumi iqtisadiyyata adekvatdır”.

“Əslində normal bazar iqtisadiyyatı olan ölkələrdə indiki şəraitdə daşınmaz əmlak bazarında bazara uyğun olaraq dəyişmə, azalma müşahidə olunur. Amma Azərbaycan bazarında bu proses hələ ki, müşahidə olunmur”.

Bu sözləri daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı hal-hazırda daşınmaz əmlak bazarındakı vəziyyəti PİA.az-a şərh edərkən qeyd edib.

Koronavirus pandemiyasının zərər vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarıdır. İstər mənzil, istərsə də torpaq satışında bir neçə aydır durğunluq müşahidə olunur. Yəni ölkədə tətbiq edilən xüsusi karantin rejimi bütün sahələrə təsir göstərdiyi kimi, daşınmaz əmlak bazarından da yan keçməyib. Vətəndaşların evdən xüsusi icazələrlə çıxması, bölgələrə gediş-gəlişin dayandırılması həyət və bağ evlərinə tələbatı artırıb. Bu da öz növbəsində qiymətlərə təsir edib.

Bəs hazırda daşınmaz əmlak bazarında vəziyyət necədir və postpandemiya dövründə qiymətlər necə dəyişəcək?

Mövzunu PİA.az-ın əməkdaşı Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı ilə müzakirə edib.

Ramil Osmanlı: “ Daşınmaz əmlak bazarında bütün istiqamətlər üzrə azalmalar müşahidə olunur. Yəni dinamika azalır, alqı-satqı tempi aşağı düşür”.

Qiymətlərin azalmasına doğru meyillərin olduğunu vurğulayan ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, hələ ki, bazarda kəskin dinamik qiymət azalması müşahidə olunmur:

“Hal-hazırda daşınma əmlak bazarında olan vəziyyətdə ümumi iqtisadiyyata adekvatdır. Yəni faktiki olaraq müəyyən inzibati qərarların qəbulu, məhdudlaşdırıcı karantin rejiminin tətbiqi, eyni zamanda makroiqtisadiyyatın pozulması istər-istəməz daşınmaz əmlak bazarına da təsir edir. Bütövlükdə isə daşınmaz əmlak bazarının özü ilə bağlı yaranmış durğunluq bu sahəyə investisiya, pul axınlarını xeyli azaldıb. Daşınmaz əmlak bazarında bütün istiqamətlər üzrə azalmalar müşahidə olunur. Yəni dinamika azalır, alqı-satqı tempi aşağı düşür.

Nəticə etibarilə də qiymətlərin azalmasına doğru meyillər var. Amma hələ ki, kəskin dinamik qiymət azalması yoxdur. Doğrudur bəzi istiqamətlərdə nisbi qiymət azalmaları müşahidə olunur. Amma bir daha qeyd edim ki, prosesə adekvat olunan qiymət dəyişməsi təəssüf ki, hiss olunmur.

Təəssüf hissi ilə ona görə deyirəm ki, əslində normal bazar iqtisadiyyatı olan ölkələrdə indiki şəraitdə daşınmaz əmlak bazarında bazara uyğun olaraq dəyişmə, azalma müşahidə olunur. Amma Azərbaycan bazarında bu proses hələ ki, müşahidə olunmur”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məktəb direktoru işçisini şantaj etdi, bıçaqlandı: Astarada baş verən cinayətin təfərrüatı açıqlandı

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar