Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Polis postları ləğv olunmayıb, sadəcə..." - Vaqif Əsədov

“Polis postlarının ləğv edilməsi və sonradan bərpa olunması barədə fikirlər əsassızdır”...

Bu sözləri Yenisabah.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi (BBDYP) İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov bildirib. O əlavə edib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi iyul ayının 5-nə qədər davam edəcək və bu müddət ərzində Daxili İşlər Nazirliyi (DİN) qaydalara riayət olunmasına nəzarəti həyata keçirəcək. Sadəcə postlarda aparılan xidmət indi başqa üsullarla müşayiət olunacaq.

“Vətəndaşlar ilk növbədə bilməlidir ki, Bakı şəhərində müasir texnologiyalar quraşdırlıb. Eyni zamanda hərəkətlə bağlı icazəsi olanların siyahısı bizim sistemə köçürülüb. Bu sistem vasitəsilə də avtomatik elektron qərar verilməsi imkanı var. Biz indi qanun pozuntularını bir neçə variantda aşkarlaya bilərik. Kamera və digər texniki vasitələrlə, mobil yəni, müxtəlif ərazilərdə 1-2 saatlıq postlar qurmaqla və redylər keçirməklə. Ayrıca dislokasiya üzrə xidmət aparılan ərazidə polis əməkdaşı hərəkətdə olan nəqliyyat vasitəsini saxlayıb sənədləri yoxlayarkən hərəkətlə bağlı icazəsinin də olub-olmadığını yoxlayıb yerində protokol yaza bilər. Yəni postlar nə ləğv edilib, nə də yenidən bərpa edilib. Sadəcə nəzarət fərqli üsullarla həyata keçirilir və sərtləşdirilmiş karantin rejimi bitənədək belə davam edəcək”, - deyə Vaqif Əsədov bildirib.

BBDYP rəsmisi həmçinin vətəndaşları qaydalara riayət etməyə çağırıb: “Vətəndaşlardan xahiş edirik ki, diqqətli olsunlar. İcazəsi olmayanlar hərəkət etməsinlər ki, cərimələnməsinlər. Cərimə bir yana, sağlamlıqları barədə düşünsünlər. Nə özləri yolxusunlar, nə də başqalarını yolxudursunlar”.

Xatırladaq ki, bir neçə gün əvvəl sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə polis postları yığışdırılıb. Bu, postların ləğv olunması kimi təqdim edilib. Bu gün isə yenidən Bakının müxtəlif ərazilərində postlar qurulub.

pia.az


Etiket: Vaqif Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar