Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus peyvəndi belə vurulacaq - Hazırlıq tamamlanır, oktyabrda...

İngiltərənin Oksford Universitetindən koronavirusa qarşı hazırlanan peyvənddən ümidverici xəbərlər gəlib...

PİA.az xəbər verir ki, hazırda kliniki sınaqların 3-cü mərhələsində olan peyvəndin virusa qarşı daha güclü antikor ifraz edə bilməsi üçün qızılca peyvəndinə bənzər formada iki doza tətbiq edilə biləcəyi açıqlanıb.

Elm adamları peyvəndi donuzlar üzərində ikimərhələli formada sınayıb. "Pioner" adı verilən ilk mərhələ 2 ay əvvəl gerçəkləşib. 28 gün sonra yenidən peyvəndlənən donuzların ifraz etdiyi antikorların səviyyəsi daha yüksək olub. Sınağı həyata keçirən professor Simon Qrehem donuzların insanlara bənzər metabolik sürətə və antikor reaksiyasına sahib olduğunu bildirib. O, insanlarda da bənzər nəticələr əldə edəcəyinə ümid edir.

Bununla birgə, elm adamları potensial peyvəndin COVID-19-a qarşı nə qədər qoruyacağını ehtimal edə bilmir. Virusun daimi mutasiya keçirməsi məlum olduğundan, bir peyvəndin qoruyuculuğunun 6 ay-2 il arasında olduğu bildirilir.

Oksford Universitetinin professoru Adrian Hill, ən yaxşı ehtimalla, peyvəndin bu ilin oktyabr ayında paylanacağını açıqlayıb. Universitet tərəfindən peyvənd sınaqlarının avqust ayında tamamlanacağı proqnozlaşdırılır. Bu çərçivədə universitetlə razılığa gələn "AstraZeneca" firması milyonlarla peyvəndin qlobal miqyasda paylanmasını həyata keçirəcək.

Firma şənbə günü 400 milyon peyvəndin Almaniya, Fransa və Niderlanda paylanması üçün razılığa gəlib. Peyvəndin ilk 100 milyonu ilk olaraq İngiltərəyə, 400 milyonu isə ABŞ-a veriləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, hazırda koronavirusa qarşı 135 peyvənd üzərində iş gedir. Bu peyvənlərdən 8-i artıq insanlar üzərində sınanır. (publika.az)

pia.az


Etiket: peyvənd


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanaraq yeni dünya rekordu müəyyənləşdirib

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

ABŞ Maduroya qarşı bir sıra tədbirlər görəcəyini istisna etmir

Ən çox oxunanalar