Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məxfi məlumatlar üzə çıxdı: Tramp Çinin uyğur türklərinə zülmünü dəstəkləyib

ABŞ prezidenti Donald Trampla keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton arasında çəkişmə davam edir...

“Otaqda baş verənlər: Ağ Evlə bağlı xatirələr” adlı memuarında Con Bolton yazır ki, Tramp Çinin uyğur türkləri ilə bağlı konslagerlər yaratmasına dəstək verib.

Kitabda qeyd olunur ki, Tramp ikinci dəfə prezident seçilmək üçün Çin lideri Si Cinpinin dəstəyini əldə etməkdən ötrü uyğur türklərinə qarşı qeyri-insani rəftarı dəstəkləyib.

Bolton yazır ki, Tramp Sincan Uyğur Muxtar Bölgəsində yaradılan düşərgələr barədə “Düşərgələr yaratmaqda davam etməlisiniz. Bu, ən doğru olanıdır”,- deyərək, Çin liderinə dəstək verib.

Kitabda əlavə edilir ki, Tramp ondan Finlandiyanın Rusiyanın bir hissəsi olub-olmadığını da soruşub.

Boltonun daha bir şok iddiası odur ki, Tramp Böyük Britaniyanın nüvə silahına malik olduğunu bilmirmiş.

Bu iddialardan sonra “Fox News” kanalına çıxıb izahat verməyə məcbur olan prezident Tramp Con Boltonun iddialarının həqiqətə uyğun olmadığını bildirib. O, əlavə edib ki, Çində uyğur türklərinə qarşı şiddətə ilk etiraz edən özü olub.

“Bu günə qədər heç kim Rusiya və Çinə qarşı mənim qədər sərt davranmayıb. Kimsə onlara bu qədər yaxınlaşa bilmədi. Bolton qanunlara qarşı gəldi. Bunlar məxfi məlumatlardır və onun bu səpkili məlumatları açıqlamaq səlahiyyəti yoxdur”, - Tramp bəyan edib.

Xatırladaq ki, Tramp administrasiyası Boltonun “Otaqda baş verənlər: Ağ Evlə bağlı xatirələr” adlı memuarının nəşrinə iki dəfə mane olub.

Qeyd edək ki, Tramp Con Boltonu 2019-cu ilin sentyabrında istefaya göndərib. Bolton ABŞ-ın İran, Suriya, Rusiya, Şimali Koreya kimi ölkələrə ən sərt davranılması xəttini müdafiə edənlərdən olub.

İddia olunur ki, Boltonun məlum kitabı qarşıdan gələn prezident seçkilərində Trampa ciddi problem yaradacaq.

pia.az(reytinq

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay