Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Karantin rejimindən sonra yas mərasimləri necə keçirilməlidir?

Koronovirus (COVİD-19) pandemiyasi bir çox sahələrdə olduğu kimi yas mərasimlərinin keçirilmə formasına da təsirsiz ötüşmədi... 

İnsanlar bu mərasimləri əvvəlki qaydada bir yerə toplaşaraq israfçılıqla kütləvi şəkildə qeyd edə bilmədilər. Ona görə də karantin rejimi yas mərasimləri barədə yenidən düşünmək və israfçılıqdan uzaq olmaq üçün fürsət ola bilər. Bəs karantin rejimindən sonra yas mərasimləri necə keçirilməlidir?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Trend-ə açıqlamasında deyib ki, bu gün cəmiyyətin böyük hissəsi bu mərasimlərin keçirilmə formasından narazıdır. Yası düşən insan bilmir ki, dəfnlə məşğul olsun, yoxsa yas mərasiminin təşkili və ya ərzaq tədarükü ilə maraqlansın.

C.Məmmədov bildirib ki, bəzən insanlar məcburiyyət qarşısında qalaraq borc-xərc edib yas mərasimlərini təmtəraqlı keçirməyə çalışırlar:

"Bir çox insanlar el qınağına tuş gəlməkdən çəkinərək buna etirazlarını bildirə bilmirlər. Zaman-zaman Azərbaycan cəmiyyətində bu mövzuda çox müzakirələr aparılıb, etirazlar edilib. Ancaq nəticəsi olmayıb, beləliklə, insanların malı, pulu israf olunur.

Əslində bu mərasimlər İslam ənənələrindən çoxdan kənara çıxıb. İslama görə dünyasını dəyişən insan üçün 3 gündən artıq yas saxlanılmamalı, təmtəraq və israfçılığa yol verilməməlidir. Müsəlman cəmiyyətlərinə yaxından bələd olan bir insan kimi deyə bilərəm ki, bir çox müsəlman ölkəsinin özündə belə bu cür təmtəraqlı yas ənənələri mövcud deyil".

Deputatın sözlərinə görə, digər bir problem də təmtəraqlı qəbir daşlarıdır: "Bu gün sanki insanlar dünyasını dəyişən şəxsə bahalı başdaşı qoymaqda yarışa giriblər. Hətta qəbirin üzərində və ətrafında əlavə tikililər salınır.

Bəs, vəziyyətdən çıxış yolu nədir? Bu israfçılığa son qoymaq üçün nə etməliyik? Bu gün əslində bu mərasimlərin yüngülləşdirilməsi və israfdan uzaq keçirilməsi üçün yaxşı bir fürsət yaranıb. Artıq bir sıra keçmiş sovet respublikaları bu sahədə müəyyən qərar və qanunlar qəbul ediblər. Ancaq hər şeyi dövlətin edəcəyini gözləməməli, cəmiyyətdə vətəndaş mövqeyi və ictimai qınaq da olmalıdır. Tam imtina olmasa da, hazırkı dövrdə yas mərasimlərində yüngülləşməyə getmək insanların yükünün azaldılmasına böyük kömək ola bilər".

pia.az 


Etiket: Karantin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

İsveçdə 35 yaşlı azərbaycanlı qətlə yetirilib

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Pentaqon İsraili dəstəkləmək üçün Yaxın Şərqdəki qüvvələri yenidən formalaşdırır

“Təhminə” “Zaur”un ad gününü belə təbrik etdi

“Qisas” antiterror əməliyyatından iki il ötür

Ən çox oxunanalar