Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlər Kabinetinin karantindən çıxmaq planı təsdiqlənməyə bilər - Rəsmi

“Karantin rejimindən çıxmağımız mövcud vəziyyətin, epidemioloji situasiyanın həkimlərimiz tərəfindən qiymətləndirilməsindən və yekun rəyindən asılı olacaq”...

PİA.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, qiymətləndirmə zamanı yalnız ölkədaxili deyil, dünya və qonşu ölkələrdəki vəziyyət də nəzərə alınacaq:

“Bununla belə, bu həftədən başlayaraq, karantin rejimindən hansı mərhələlərlə çıxmaq planı hazırlanır. Plan təsdiq oluna da bilər, olunmaya da bilər. Hər şey mayın 4-dək gedişatdan, xəstəliyin dinamikasından asılı olacaq. Pozitiv tendensiya var, amma vəziyyət bu şəkildə davam edərsə, karantin rejimindən mərhələli çıxışa keçiləcək”.

Hökumət rəsmisi bir daha vətəndaşları karantin rejiminə əməl etməyə çağırıb:

“Plan hər şeyin müsbətə doğru gedəcəyilə bağlı hazırlanır. Yəni hər şey yaxşı olarsa, yoluxma sayındakı dinamika azalmağa doğru davam edərsə, o zaman karantindən mərhələli şəkildə çıxa bilərik. Mərhələli çıxış planı məhz həmin situasiyaya hazır olmaq üçün hazırlanır. Amma hər şey mayın 4-nə kimi vəziyyətin necə dəyişəcəyindən asılı olcaq. Əgər biz karantindən çıxmaq istəyiriksə, qoyulan qadağalara sonuna kimi əməl etməliyik. Əməl etməliyik ki, pozitiv tendensiya davam etsin”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar