Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Koronavirus insanları idarə etmək üçün alət ola bilərmi?

Bir ovuc həddindən artıq varlı adamın insanları kütləvi şəkildə idarə etmək və yaxud da zombiləşdirmək layihələrini gerçəkdirmi?..

Bill Qeytsin koronavirusu yaratdığı iddiası düz ola bilər?

Politoloq: “Bir çoxları koronavirusu bioloji silah kimi qiymətləndirir. Amma məlum deyil ki, bu bioloji silahı kim yaradıb və kimə qarşı yaradıb”

“Bir qurup varlı adamın insanları kütləvi şəkildə idarə etmək və yaxud da zombiləşdirmək layihələrini gerçək hesab etmirəm”.

Bu sözləri politoloq Mübariz Əhmədoğlu koronavirusla bağlı bir sıra komploteoriyaların ortaya atılma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Koronavirusla bağlı bir sıra komploteoriyalar ortaya atılmaqdadır. Son olaraq belə bir teoriya ilə Trampın sabiq müşaviri çıxış edib. Trampın keçmiş müşaviri Roger Stone "Microsoft"un qurucusu Bill Qeytsin insanlara mikroçiplər taxmaq üçün koronavirus yaratdığını iddia edib.

New York Times və Zignal Labs tərəfindən aparılan araşdırmaya görə, onun virusla bağlantısı olduğuna dair konspirasiya nəzəriyyələri televiziya kanalları və sosial mediada infeksiyanın 5G ilə əlaqəli olduğuna dair şaiyələrdən daha çox danışılır.

Qeyd edək ki, B.Qeyts haqqında ortaya atılan iddialar hər gün dəyişir. İlk mərhələdə vaksindən pul qazanaraq sərvətini bir qədər də artırmaq üçün koronavirus yaydığı deyilirdi. Son günlərdə isə qlobal müşahidə sisteminin tətbiqinə çalışdığı və ya insanlığı məhv etməyi planlaşdırdığına dair konspirasiya nəzəriyyələri xüsusən məşhurlaşıb.

Son olaraq yayılan məlumatlara görə isə dünyanın ən nüfuzlu milyarderlərindən olan Bill Geyts BMT-nin bir bölməsi olan, qərargahı Cenevrədə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həqiqi sahibinə çevrilməkdədir. Qeyd edilir ki, hazırda təşkilatın fəaliyyətində B.Geytsin misli görünməmiş təsiri, gizli və effektiv idarəetmə yollarını ortaya qoyan kütləvi nümunələr çoxdur.

Geytsin ÜST-yə təsiri işçilərin və elm adamlarının narahatlığına səbəb olmaqdadır. Onlar qorxurlar ki, “Geyts Fondu”nun pulu iri biznesdən investisiya kimi gəldiyindən, şirkət maraqlarını irəli sürmək üçün “Troya atı” ola bilər. Bununla da, ÜST-nin səhiyyə siyasətinin formalaşmasında və standartların təyin olunmasında rolu sarsılar.

Məlumat üçün bildirək ki, “Geyts Fondu” 2000-ci ildən bu yana ÜST-yə 2.4 milyard dollardan çox sərmayə qoyub.

Qeyd edək ki, Bill Qeytsin mətbuat xidməti bu iddialara cavab vermir.

Bu tipli iddialar barədə nə demək olar? Ümumiyyətlə bir ovuc həddindən artıq varlı adamın insanları kütləvi şəkildə idarə etmək və yaxud da zombiləşdirmək layihələrini gerçək hesab etmək olar və gələcək dünyada bu tipli layihələrin uğur qazanmasını mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu ilə müzakirə edib.

Mübariz Əhmədoğlu: “Dünyada bərabərləşdirici faktor əmələ gəldi. Çünki görünən odur ki, koronavirus varlıya, kasıba fərq qoymur”.

Dünyanın qloballaşdığı, mətbuatın geniş yayıldığı dövrdə belə bir pandenimiyanın baş verdiyini vurğulayan politoloq bildirib ki, buna görə də hər kəs öz fikirini ortaya qoyur. Həmin fikirlər də çox qısa müddətdə populyarlaşır:

“Bunların hamısı cəfəngiyyatdır. Bir çoxları koronavirusu bioloji silah kimi qiymətləndirir. Amma məlum deyil ki, bu bioloji silahı kim yaradıb və kimə qarşı yaradıb. Əvvəl deyirdilər ki, bu bioloji silahı Çini məhv etmək üçün ABŞ yaradıb. ABŞ Çini məhv etmək istəyir. İndi də deyirlər Çin bu silahı yaradıb göndərib ki, ABŞ-ı çökdürsün. Bildiyimiz kimi hal-hazırda koronavirusdan ən çox ziyan çəkən ölkə ABŞ-dır. O da nəzərə alınmalıdır ki, Trampın seçki kompaniyası dövrüdür və pandemiya onun seçki təbliğatına ciddi ziyan vurur. Buna görə hesab edirəm ki, belə söhbətlər uzun müddət davam edəcək.

Dünyanın qloballaşdığı, mətbuatın əhatəmdairəsinin geniş yayıldığı dövrdə belə bir pandenimiya baş verdi. Buna görə də hər kəs öz fikirini ortaya qoyur. Həmin fikirlər də çox qısa müddətdə populyarlaşır. Koronavirus təbiətin, Allahın bəlasıdır. Amma alimlər, insanlar, siyasətçilər istəsəydilər, bu virusdan daha yaxşı qoruna bilərdilər. Vaxtında düzgün yanaşma olsaydı, bəlkə də bu virus mutasiya etməz və ortaya çıxmazdı. Sadəcə insanlar bacarmadılar. Yaxşı olar ki, alimlər, həkimlər, insanlar bu virusun çox güclü vaksinini yaratsınlar. Bütün məsələ də budur. Bu məsələ ətrafında işləmək gərəkir. Ünversal bir vaksin yaradılandan sonra isə heç bir virusr qorxulu olmayacaq. Mənə elə gəlir ki, elm dünyası da, siyasət dünyası da bu məsələ ətrafında çözüm tapmaq üçün çalışmalıdırlar.

Xatırladım ki, Sovet dövründə SSRİ-dən kənara çıxanda məcburən adamlara malyariyaya qarşı peyvənd edirdilər. Onu demək istəyirəm ki, dünya vaxtı ilə belə bir dövrü yaşayıb. Sadəcə olaraq o dövrdə mətbuat qloballaşmadığı üçün bu hadisələr dünya miqyasında geniş reakaiyalar yaşanmayıb.

Mübariz Əhmədoğlu: “Ünversal bir vaksin yaradılandan sonra isə heç bir virus qorxulu olmayacaq. Mənə elə gəlir ki, elm dünyası da, siyasət dünyası da bu məsələ ətrafında çözüm tapmaq üçün çalışmalıdırlar”.

Onu da qeyd edim ki, 1960-cı ildə belə Azərbaycanda malyariya adı gələn kimi bütün rayonu karantinə alıblar. Həmin rayona nə giriş, nə də çıxış olub. O vaxt mətbuatda senzura olduğuna görə belə hadisələr yazılmayıb.

Bir qrup varlı adamın insanları kütləvi şəkildə idarə etmək və yaxud da zombiləşdirmək layihələrini gerçək hesab etmirəm. Amma hesab edin ki, dünyada bərabərləşdirici faktor əmələ gəldi. Çünki görünən odur ki, koronavirus varlıya, kasıba baxmır. Bu virusa tutulan kasıb ya varlı olanda bilmək olmur ki, hansı sağalacaq.

Virus prizmasından baxanda o da göründü ki, bütün adamlar bir-birlərinə çox böyük qayğı ilə yanaşırlar. Bu da vacib məsələdir. Söhbət kiminsə bir günlük ehtiyacını ödəməkdə getmir. Həqiqi mənada səmimi ehtiramı ortaya qoymalıyıq. Bu səmimi ehtiram gərək bizim hər birimizə daxilindən güc versin ki, həmin güc bizi koronavirusdan qorusun”.

Nərminə UMUDLU
pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay