Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“....çalışırlar ki, Azərbaycanda hamı qırılsın“ - Hafiz Hacıyev

“Hesab edirəm ki, bütün bunlar müsbət haldır və ölkə başçısının özünün bu işlərin görülməsində müstəsna xidmətləri var”...

PİA.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə aparılan siyasi islahatlar haqda danışarkən deyib.

Partiya sədri koronavirus pandemiyasından istifadə edərək ölkədə sabitliyi pozmaq istəyən qüvvələrə də xəbərdarlıq edib:

“Bilirsiniz ki, cənab prezident video-görüntülü müşavirə keçirdi, ciddi məsələlərə toxundu və onlardan ən başlıcası siyasi ishatların aparılması, ölkədə gedən siyasi proseslərlə, iqtisadi proseslərin uzlaşdırılması və müxalif partiyaların qanunvericilik hakimiyyətində iştirakı məsələsi oldu. Son aylar aparılan islahatlar həqiqətən də təqdirəlayiq haldır və cənab prezidentin şəxsən özünün fəaliyyəti nəticəsində ortaya qoyulan müsbət işlərdir. Ölkədə parlament seçkiləri keçirildi və orda müəyyən partiya sədrlərinin ora seçilməsini və müəyyən komitələrdə təmsil olunmalarını müsbət hal kimi dəyərləndirilməlidir. Düşünürəm ki, qarşıda da görüləcək işlər var və bunları həyata keçirmək üçün xalqla-dövlət arasında müəyyən birlik olmalıdır və bunu da yaratmaqdan ötrü ölkə başçısı mart ayında bayram təbriki zamanı çıxışında ölkədə siyasi partiyalarla dialoqların aparılması məsələsinə toxundu və bunlar da həyata keçmək üzrədir. Partiya sədri olaraq mən də burda iştirak edirəm və bizləri də dəvət ediblər. Hesab edirəm ki, bütün bunlar müsbət haldır və ölkə başçısının özünün bu işlərin görülməsində müstəsna xidmətləri var.

Burda müəyyən qruplar var ki, onlar ölkədə ictimai-siyasi vəziyyətə qarşı çıxmağa çalışırlar və onların da kimliyi haqda məlumatımız var. Onlar istəmirlər ki, hakimiyyətlə siyasi partiyalar arasında dialoq alınsın. Düşünürəm ki, bunlar da xaricdən və ölkə daxilində bir vaxt hakimiyyətdə olan qüvvələrin səyi nəticəsində baş verir. Ölkə başçısı onları "beşinci kalon" adlandırmaqla çox düzgün qeyd elədi. Hətta mən o vaxt demişdim ki, şəhərin mərkəzində əsgər ölümləriylə bağlı mitinqi hakimiyyətin daxilində olan yüksək vəzifəli məmur təşkil etmişdi. Çox şükürlər olsun ki, həmin adam bu gün vəzifədən uzaqlaşdırılıb. Azərbaycanda iqtidar-müxalifət dialoqunun alınmaması üçün həm daxildə, həm də xaricdə fəaliyyət göstərən qüvvələr var və onlar istəmir ki, ölkədə sabitlik olsun. Bu sabitliyin pozulması üçün xaricdən aldıqları qrantlar hesabına çalışırlar ki, Azərbaycanda vəziyyəti gərginləşdirsinlər. Ölkə başçısının son dövrlər apardığı islahatlar, koronavirusla bağlı görülən tədbirlər çox müsbət sonluqla nəticələnib. Amma bizim özümüzün daxilimizdə olan qüvvələr çalışırlar ki, Azərbaycanda hamı qırılsın, xəstəliyə tutulsun və onlar da bundan istifadə edərək öz çirkin əməllərini həyata keçirsinlər. Tarix boyu bu qüvvələrin Azərbaycanda milli hökumətin devrilməsində xüsusi xidmətləri olub. Bir neçə partiya sədrləri var ki, onlar ölkə başçısına xəyanət ediblər və onlar Elçibəyi öldürən insanlardı. Bu məsələlər bizləri narahat edir və xalq arasında şaşqınlıq yaratmaq istəyirlər. Azərbaycan xalqı isə ağıllı xalqdır, ağı-qaradan seçməyi bacarır.

Özünüz də bilirsiniz ki, bunları xaricdə olan müəyyən media qurumlarını təmsil edirlər və axşama kimi təhqirlə, populist çıxışlarla Azərbaycan xalqını aldatmaq istəyirlər. Buna isə qismən də olsa nail olublar. Ölkə başçısının belə bir çətin dövrdə xalq üçün etdiyi yardımlar, kompensasiyaların hamısı onun iradəsi nəticəsində həyata keçirilir. Sevinc Osmanqızının atası gözəl insan idi, amma Əli Kərimlinin sözüylə o, Azərbaycan dövlətinin əleyhinə həqarətlər yağdırır. Mən istəməzdim ki, Sevinc xanım bu məsələlərdə başqasının aləti olsun. Burda Azərbaycan xalqının dövlətçiliyindən söhbət gedir. Düşünürəm ki, xaricdə özünü bloger adlandıran şəxslərə qarşı da tədbir görülməlidir. Onlar anti-təbliğat aparmaqla insanların beyinlərini yeyirlər. Bütün bunlar düşmənlərimizi sevindirməkdən ötrü atılan addımlardır. Koronavirusun ölkədə daha da ağırlaşmasını arzu edən qüvvələr özləri bilərəkdən karantin rejimini pozurlar və polis tədbir görəndə isə siyasi məhbus adıyla xaricdə təbliğat aparmağa başlayırlar. Yəni bizim düşmənlərimiz çoxdur, həm xaricdə, həm də ki, daxildəki düşmənlərimiz birləşib Azərbaycan dövlətinə çox böyük zərbələr vurmağa çalışırlar. Biz isə bunlara imkan verə bilmərik, çünki ölkədə aparılan siyasi, iqtisadi islahatlar yarımçıq qala bilər. Bu işlərin həyata keçirilməsi üçün bizə ciddi sabitlik lazımdır. Ölkə başçısının müşavirədə qaldırdığı məsələləri biz bir partiya olaraq dəstəkləyirik, həmin qüvvələrə xəbərdarlıq edərək bildiririk ki, çəkilib yerlərində otursunlar”.

pia.az


Etiket: Hafiz Hacıyev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Daha bir VHP-çi namizəd kimi qeydə alındı - Fotolar

Dövlət qulluğuna qəbul imtahanında 22 nəfər uğur qazanıb

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Gənclər və İdman Nazirliyi və MOK Azərbaycana qarşı təxribatla bağlı bəyanat yayıb

Abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan veriblər - Yenilənib

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Qərbi Azərbaycan İcması Paris olimpiadasında Azərbaycana qarşı yol verilmiş təxribatı qınayıb

Ən çox oxunanalar