Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimov xəstəxanaya yerləşdirilib?

Palmali şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir...

Bu barədə Pravda.az-a Palmali şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

F.Quliyeva bildirib ki, Mübariz Mənsimov keçirdiyi sonuncu cərrahiyyə əməliyyatından sonra yarası iltihab bağlayıb: "Bu, onun həbsxanada vaxtında və düzgün müalicə almamasının, həmçinin sağlamlığının bərpası məqsədi ilə lazımi tədbirlərin görülməməsinin nəticəsidir. Məlumatı Mübariz Məmsimovun hüquqlarını müdafiə edən vəkillər verib. Onlar bildirib ki, Mənsimovun xəstəxanaya yerləşdirilməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir. Bununla belə, vəkillər bütün mümkün hüquqi vasitələrdən istifadə edib Mübariz bəyin xəstəxanaya yerləşdirilməsi üçün səylərini əsirgəmirlər. Məlum olduğu kimi, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmadan əvvəl Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirmişdi. Bundan sonra Mənsimovun müalicə alması və əməliyyat yerinin sağalması üçün bir sıra tibbi prosedurlar qəbul etməsi labüd idi. Həbsxanadaki şərait isə, müalicə üçün uyğun deyil. Əməliyyatdan sonra Mübariz Mənsimovun səhhəti dərman və müalicə almadığı üçün daha da pisləşməyə doğru gedir. Bununla əlaqədar vəkillər bütün aidiyyəti instansiyalara yazılı etirazlar bildirir, Mübariz Mənsimovun vaxtında və düzgün müalicəsinin həyata keçirilməsi və sağlamlığının bərpa edilməsi üçün bütün lazımı ünvanlara zəruri məlumatlar verirlər. Vəkillərin verdikləri xəbərə əsasən, hazırda Mübariz bəy saxlanılıb və ona qarşı irəli sürülən ittihamlar üzrə araşdırmalar davam edir. Vəkillər tərəfindən zəruri sənədlər və appellyasiya etirazları Türkiyənin ədliyyə orqanlarına təqdim edilib".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Fərid Qayıbov qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb

ABŞ Kiyevə 2,3 milyard dollarlıq silah paketi ayırdığını elan etmək niyyətindədir

Ən çox oxunanalar