Bazar ertəsi, 12 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaqlar niyə intihar edirlər?

Hamının nəzərə almalı olduğu məqamlar...

Xəbər verdiyimiz kimi, ötən gün Sabirabad rayonunun Sarxanbəyli kənd sakini, 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib. Azyaşlılar arasında intihar hallarının artması müzakirələrə səbəb olub. Uşağın ailə üzvləri, qohumlarıyla yanaşı, cəmiyyəti, telekanalları günahlandıranlar da var.
Azyaşlıların intihara meyl etməsinə səbəb nədir?

Psixoloq Qənirə Əliyeva Yenisabah.az-a açıqlamasında məsələyə münasibət bildirib. O, azyaşlı uşaqların intiharında əsas günahkar kimi valideyni gördüyünü söyləyib: “Azyaşlı usaq psixologiyası çox zərifdir, desək, yanılmarıq. Uşaq daim sevgi və qayğı gözləyir. Onda hələ güclü iradə formalaşmadığından tez küsür və əlacsız duruma düşür. Bəzən uşaqlar müxtəlif səbəblərdən valideynlərinin birindən məhrum olurlar. Burda əsas iş uşaqla qalan valideynin üzərinə düşür. Yaxud ana vəfat edir, ata ikinci dəfə evlənir. Çox həssas durumdur. İkinci dəfə evlənən ata əvvəlcə uşağı bu izdivaca hazırlamalıdır. Əgər atsa, uşaqda “Atam və ya anam məni istəmir, mən lazımsızam”, fikri meydana gəlir. Və acıq çıxmaq üçün “Qoy mənsiz qalsın, indi gör mən neyləyəcəm” fikri ilə canına qıyır. Burda tək günahkar valideyndir. Usağın yanında olan nənə, dayı, əmi ola bilsin, fikir verməyə. Amma valideyn uşağın psixi durumunu görür. O, təkliyə çəkilir, yemir, içmir, uşaqlarla oynamır. Azyaşlı uşaqları intihara sürükləyən ən vacib nüans uşağın daxilən tənhalaşması və valideyn səhlənkarlığıdır. Ata evlənsə belə, uşaqla qadın arasında bir əlaqə qurmalıdır. Uşaq anasının, ya da atasının yerinə asanlıqla başqa insanı qoymaq istəmir və bu uşaqlarda dərin izlər buraxır. Ağıllı valideyn ilk öncə övladını və onun psixi durumunu düşünür. Ağılsız isə öz ehtiyaclarını. Hamı valideyn ola bilmir. Onu da qeyd edim ki, şiddət doğuran komputer oyunları da uşaqları intihara sövq edir. Amma səbəblər çox vaxt müxtəlif olur. Uşaqla hesablaşmaq və qayğı göstərmək lazımdır”.

pia.az


Etiket: uşaqlar intihar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Peyvəndlərin elə fəsadları üzə çıxdı ki... - Risk daha yüksəkdir

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində irəliləyir

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Gəncədə zəhərlənmənin olduğu mərasimin sahibi: Qidalar bazardan, dükandan alınıb  

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay