Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqbal Ağazadə : “Heç nəyi tapdalamadım, vicdanım rahatdır”

İqbal Ağazadə Rauf Arifoğlundan danışdı...

“Dostluğun üzərindən mən keçmədim. Həmin şəxsdən 11 gün əvvəl namizədliyimi irəli sürmüşdüm, imza toplayıb, sənədləri dairə seçki komissiyasına təqdim etmişdim. 3 dəfə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputat seçilmişəm. Adam da bilir ki, mən oradayam. Namizədliyini məndən əvvəl irəli sürsəydi, bu addımı atmazdım. Mənə zəng edib deyə bilərdi ki, bu seçki dairəsini niyə seçib. Onun namizədliyini irəli sürməsini sosial şəbəkədən öyrəndim”.

PİA.az-ın xəbərinə görə, bunu nəticəsi ləğv edilən 35 saylı üçüncü seçki dairəsindən deputatlığa namizəd olmuş, Ümid Partiyasının sədri İqbal Ağazadə digər namizəd Rauf Arifoğlundan danışarkən deyib.

“Bu addım məni dünən incidirdi, bu gün incitmir. Situasiyalar insanların gerçəyini və mahiyyətini ortaya çıxarır. İnsanları situasiya dəyişdirmir, mahiyyət nədirsə, üzə çıxır... Keçmişə baxmıram, keçmiş olsun! Bəlkə də ikimizə də... Mən heç nəyi tapdalamadım, vicdanım rahatdır. Bir dəyəri pozmadım... Hətta seçkiqabağı təşviqat dövründə də barəmdə yazsalar da, bircə dəfə də o insanın adını çəkmədim. Təkrar seçkilərə qatıla bilər, həmin dairədən namizəd ola bilər. Mən də həmin dairə üzrə deputatlığa namizəd olacam. O, passiv seçki hüququndan istifadə edən vətəndaşlardan biridir” – İ.Ağazadə qeyd edib. (“Azadlıq radiosu”/video-müsahibə)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Ən çox oxunanalar