Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QHT yeni layihəyə start verib

"Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi "Gənclərdə tariximizə məhəbbət ruhunun möhkəmləndirilməsi” mövzusunda yeni layihəyə start verib. May ayının 1-dən başlayan 3 aylıq layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Bu barədə layihənin rəhbəri "Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, AMEA  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov məlumat verib.

K.İsmayılov bildirib ki, Biləsuvar, SalyanNeftçala rayonlarını əhatə edən layihənin əsas məqsədi bəmin bölgədə yaşayan gənclərdə öz vətəninə sadiqlik və sevgi hissinin formalaşdırılması, vətənin maraq və mənafelərini qorumaq, bu gününə və gələcəyinə məsuliyyət daşımaq kimi hisslərin formalaşdırılması işinə dəstək verməkdən ibarətdir.

Layihə rəhbərinin məlumatına görə, son 5 ildə təşkilatın həyata keçirdiyi layihələrin nəticələrinin təhlili göstərir ki, gənclər arasında aparılan söhbətlər onların yaşadıqları ərazilərdə yerləşən maddi və qeyrı-maddi mədəniyyət abidələrinə marağının artmasına səbəb olur, gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq ruhunun gücləndirilməsinə müsbət təsir göstərir. Gənclər bununla həm də yaşadıqları ərazilərdə mövcud olan tarixi və arxeoloji abidələrin qorunması kimi mühüm dövlət əhəmiyyətli işlərə cəlb olunmaq imkanı əldə edirlər. "Bu həm də gənc nəslin sosial fəallığının stimullaşdırılması baxımından da mühüm formatdır”-deyə K.İsmayılov qeyd edib.

Poliqon.info


Etiket: QHT Layihə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Ən çox oxunanalar