Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ Rəfahdakı əməliyyatla bağlı İsrailə bomba tədarükünü dayandırıb

Ötən həftə Birləşmiş Ştatlar Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumda istifadə oluna biləcəyi səbəbinə görə 3500 bombanın çatdırılmasını təxirə salıb...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti və Associated Press Agentliyi mənbələri məlumat yayıb.

ABŞ hökumətindəki mənbələrə görə, prezident Co Bayden ağır bombaların tədarükünü, bu sursatların Rəfaha atılacağına dair narahatlıqlar səbəbindən gecikdirib. Hazırda isə ABŞ administrasiyası hədəfləmə sistemləri də daxil olmaqla, silahların tədarükünü dayandırıb- dayandırmamaq barədə düşünür.

İsrail rəsmiləri də bu həftə “Axios”a ABŞ-ın silah tədarükünü dayandırdıqlarını söyləyiblər, lakin ABŞ rəsmiləri bu məlumatı mayın 7-i axşama qədər brifinqlərdə və ya özəl olaraq təsdiqləməkdən imtina ediblər. Silahların dayandırılmasının təsdiqi İsrailin Rəfaha tanklar göndərməsindən bir neçə saat sonra gəlib.

ABŞ rəsmilərindən biri deyib ki, Ağ Ev keçən ay İsrailin Rəfahda əməliyyat keçirməyə qərar verdiyi bəlli olduqdan sonra silah tədarükünə yenidən baxmağa başlayıb.

Qeyd edək ki, Rəfah şəhəri Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşir. Hazırda şəhərə bir milyondan artıq qaçqın sığınıb.

Bir gün əvvəl İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, İsrail HƏMAS hərəkatı tamamilə məhv edilənə qədər Rəfahda hərbi əməliyyatı davam etdirəcək. Eyni zamanda o, qeyd edib ki, HƏMAS yaraqlıları tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılıq əldə edilməklə əməliyyat dayandırıla bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü? - Açıqlama

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Ən çox oxunanalar