Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Əməkdar artistlər Elza Seyidcahan və “Bu şəhərdə” estrada teatrının üzvü Rafael İsgəndərovun arasında qalmaqal yaranıb...

Poliqon olay.az-a istinadla xəbər verir ki, tərəflərin qalmaqalı “Rəngarəng səhər” verilişində üzə çıxıb.

Rafael bildirib ki, Elzanı parodiya etməsi onun xoşuna gəlməyib və bununla bağlı onların arasında mübahisə düşüb.

Məsələni aydınlaşdırmaq üçün proqramın heyəti E.Seyidcahanı efirə qoşublar. Lakin R.İsgəndərovun bundan xəbəri olmayıb. Verilişin aparıcısı Zaur Nəbioğlu aktyora “Alo” deməsini və qonağı salamlamasını istəyib. Elzanın səsini və adını eşidən Rafael istehza ilə “Bağışlayın, səhv düşmüsünüz” sözlərini dilə gətirib.

Seyidcahan isə cavab olaraq “Yaxşı, səhv düşmüşəmsə, onda sağ olun” fikrini ifadə edib. Daha sonra Əməkdar artisti yenidən canlı efirə bağlayıblar.

Zaur Rafaelin “Bu gündən sonra “Bu şəhərdə”nin ssenaristi Müşfiq Abbasov Elza Seyidcahan haqda hansısa bir parodiyanı yazsa da, özümə qadağa qoyuram, onu etməyəcəyəm” sözləri ilə Elzanın fikirlərini öyrənməyə çalışıb.

Seyidcahan isə cavab olaraq bunları söyləyib:

“El misalı var “Qınından çıxdı, qınını bəyənmədi. İndi yəqin, Rafaelin Elzaya ehtiyacı yoxdur. Elzanın sayəsində Rafael gəlib olub böyük aktyor. Məni parodiya edərək Rafael sevilib. Rafael böyük sənətkardır. Mənim kimi sənətkarları təqlid edəndə əlbəttə ki, bu, alqışa layiqdir. Həm Rafaelin, həm də Coşqunun sənətlərinə böyük hörmətim var. Rafael hərdən bir sataşır və zarafatlaşır. O da ki, aktyordur da... Nə edək? Sənətidir, başa düşürük. İndi də Rafael aktyorluq edir. Yəqin, yeni tamaşaya hazırlaşır. İnsanı çox havalara salarlar, amma insan yalnız ürəyi istəyən havanı oynayar. Mən heç birinə məni parodiya etməsinə də qadağa qoymuram”.

Elzanın bu fikirlərinə isə Rafael “Coşqunu da, Müşfiqi də bağrına basdın. Amma onu da biləsən ki, o parodiyanı Müşfiq yazıb, mən də oynamışam. Nə deyirsən?

Amma sən zəng edib etirazını mənə demisən. Müşfiqə deməmisən ki, bu parodiyanı sən niyə belə yazmısan?” Bizim səninlə yazışmalarımız var və istəyirəm ki, bu mövzu bizim aramızda qalsın. Mən Müşfiqin yazdığından kənara çıxmamışam” sözləri ilə cavab verib.

E. Seyidcahan, həmçinin vurğulayıb ki, proqramın aparıcısı Z.Nəbioğlu ilə danışmır və verilişə də məhz “Bu şəhərdə”nin aktyorlarına görə zəng edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Ən çox oxunanalar