Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

“Mən daxil bütün işçi kollektivi dönərdən yedik, səhhətimizdə heç bir problem yoxdur”...

Bu sözləri Baku TV-yə müsahibəsində Zaqatala rayonunda fəaliyyət göstərən dönərxananın sahibi Rəsul Fətəliyev deyib.

O bildirib ki, bu gün 200 ədəd dönər satılıb:

“Toyuqla bağlı problem olub. Halbuki, hər gün toyuğu eyni şirkətdən alırıq”.

Əldə olunan məlumata görə, zəhərlənən şəxslər Zaqatala şəhərinin müxtəlif dönərxanalarında hazırlanmış dönərlərdən istifadə ediblər.

Qeyd edək ki, zəhərlənənlərin sayının 40-a çatdığı bildirilir. Hazırda zərərçəkənlərə tibbi yardımın göstərilməsi davam edir. İlkin ehtimala görə, zəhərlənmə toyuq ətindən hazırlanan dönərdən baş verib.

Ətraflı süjetdə:

***

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 40-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

07.05.2024

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönəridən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb.

Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Poliqon-a Agentlikdən bildirilib.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

***

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 15-ə çatıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənən şəxslər Zaqatala RMX-a daxil olub.

Müraciət edənlərdən labarator müayinələr üçün müvafiq nümunələr götürülüb.

Daxil olan 15 nəfərdən 5-i azyaşlıdır.

***

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib...

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi məlum olub.

Zəhərlənənlər arasında tələbələr də var. Belə ki, Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialınında iki tələbəsinin də toyuq ətindən hazırlanmış dönərdən zəhərlənərək Zaqatala RMX-a müraciət ediblər.

Faktla bağlı müvaviq qrumlar tərəfindən araşdırmalara başlanılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

Ən çox oxunanalar