Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçirilib

Heydər Əliyev Mərkəzində “20 ilin sədası” adlı konsert proqramı təqdim olunub...

Bununla bağlı "Report"a Heydər Əliyev Fondundan məlumat verilib.

Konsert həm iştirakçıları, həm də repertuarı ilə rəmzi məna daşıyıb. Belə ki, bu il yaranmasının 20 ili tamam olan Heydər Əliyev Fondu fəaliyyəti dövründə hər zaman gənc istedadlara, mədəniyyət və incəsənət sahəsinə dəstək göstərib, mədəniyyətimizin geniş təbliğinə yönələn layihələr həyata keçirib.

Qeyd edilib ki, Heydər Əliyev Fondu istər gənclərimizin təhsil almasına, istərsə də beynəlxalq müsabiqə və festivallarda iştirakına dəstək olub. Fondun ayrı-ayrı sahələrdəki layihələri, o cümlədən muğam müsabiqələri, klassik və caz musiqisi ilə bağlı təqdimatları, müxtəlif musiqi festivalları istedadların üzə çıxarılmasına təkan verib.

Heydər Əliyev Mərkəzində təqdim olunan konsert proqramında da məhz bu incəsənət və mədəniyyət xadimləri - Heydər Əliyev Fondunun yaradıcılıqlarında iz qoyduğu, dönüş və sıçrayış yaratdığı, dəstək göstərdiyi ifaçılar çıxış ediblər.

Konsert proqramı Heydər Əliyev Fondunun fəaliyyəti, mədəniyyət sahəsində gördüyü işlərə dair videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra isə səhnə Fondun yaradıcılıqlarında iz qoyduğu mədəniyyət xadimləri - Aytən Məhərrəmova (xanəndə), Azər Zadə (tenor), Azər Zeynalov (tenor), Ceyla Seyidova (violin), Elçin Əzizov (bariton), Emil Əfrasiyab (piano), Emin Cəbrayılov (nağara). Elvin Hoca Qəniyev (violin), Ənvər Sadıqov (qarmon), Fərhad Bədəlbəyli (piano), Fuad İbrahimov (dirijor), Güllü Muradova (xanəndə), İlham Nəzərov (bariton), İsfar Sarabski (piano), Mirələm Mirələmov (xanəndə), Murad Adıgözəlzadə (piano), Mustafa Mehmandarov (dirijor), Sahib Paşazadə (tar), Samir Cəfərov (tenor), Şəhriyyar İmanov (tar), Səməd Eyvazlı (balet rəqqası), Təyyar Bayramov (xanəndə), Yalçın Adıgözəlov (dirijor) və digərlərinin ixtiyarına verilib.

Konsertdə Azərbaycan və xarici bəstəkarların əsərləri, xalq mahnılarımız səslənib. Hər bir ifa monitorda xüsusi görüntülərlə - Heydər Əliyev Fondunun 20 illik fəaliyyətini, müxtəlif sahələrdəki layihələri, o cümlədən ölkəmizin tanıdılmasına dair təşkil olunan tədbirləri, muğam müsabiqələri, festivalları əhatə edən videoçarxlarla müşayiət olunub.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə 20 illik fəaliyyətində ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanan, elm və təhsil, səhiyyə, sosial və digər sahələrdəki önəmli layihələri ilə mühüm nailiyyətlərə imza atan, ən əsası isə insanların sevgi və inamını qazanan Heydər Əliyev Fondunun gördüyü işlərdə milli-mədəni və mənəvi dəyərlərimizin qorunub saxlanılması, onların təbliğ olunması xüsusi önəm kəsb edir. Heydər Əliyev Fondunun mədəniyyət sahəsinin inkişafına töhfələri danılmazdır və Fondun 20 illiyi münasibətilə keçirilən konsert həmin uğurların kiçik bir hissəsinin nümayişi sayıla bilər.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Lerikdə uçqun baş verən ərazi nəzarətə götürüldü

Ən çox oxunanalar