Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçin Əmirbəyov: Zəngəzur dəhlizi Ermənistanı təcrid vəziyyətindən çıxara bilər 

2020-ci il atəşkəs bəyanatında nəzərdə tutulduğu kimi, Zəngəzur ərazisindən birgə avtomobil və dəmir yolu çəkilə bilər...

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Almaniyanın “ZEIT” qəzetinə açıqlamasında deyib.

O qeyd edib ki, bu dəhliz vasitəsilə Ermənistan təcrid vəziyyətindən çıxa bilər, tranzit haqlarını toplaya və Türkiyə ilə münasibətlərini yaxşılaşdıra bilər.

Ermənistanın bu təklifi rədd etmə ehtimalına gəldikdə E.Əmirbəyov qeyd edib ki, İran vasitəsilə də avtomobil və dəmir yolu çəkilə bilər ki, bu, Zəngəzur dəhlizindən cəmi on kilometr uzun olar.

E.Əmirbəyov ermənilərin narahatlığını absurd hesab edib.

Qəzetin yayımladığı materialda bildirilib ki, Ermənistan ərazisinə düşən torpaq zolağının uzunluğu cəmi 34 kilometrdir və Azərbaycanı öz eksklavı olan Naxçıvandan ayırır. E.Əmirbəyov bunun üçün müharibə ehtimalı ilə bağlı suala cavabında bunun qətiyyən olmayacağını vurğulayıb. Onun sözlərinə görə, ölkələr arasında hərbçilərin mübadiləsi də müsbət tendensiyadır və bu, həm də Bakı ilə İrəvan arasında etimadın möhkəmlənməsinə xidmət edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar