Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dovos Forumunun Azərbaycan üçün hansı əhəmiyyətləri var?

Sabiq maliyyə naziri: “Davos Forumu müstəvisindən Azərbayacan istifadə edərək ölkədə yaratdığı biznes mühitini qarşı tərəflərə, xüsusilə investrlara, xarici investrlara təqdim edir”...

 

İqtisadçı-ekspert: “Davos Forumunun Azərbaycan üçün heç bir xeyri yoxdur”.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb.

Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib.

Bəs Davos Forumunun Azərbaycan üçün hansı əhəmiyyətləri ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri Fikrət Yusifov və iqtisadçı-ekspert Toğrul Maşallı ilə müzakirə edib.

Fikrət Yusifov: “Prezident səviyyəsində belə təqdimatın olması olduqca önəmli və olduqca cəlbedicidir”.

Artıq 4-cü ildir ki, Azərbaycanda post-neft dövrünün elan edildiyini xatırladan sabiq maliyyə naziri əlavə edib ki, bu fonda qəbul edilən qərarlarla da Azərbaycanda münbit biznes mühiti yaradılıb:

Azərbaycan Davos Forumu müstəvisindən öz təqdimatını edir. Davos Forumu müstəvisindən Azərbayacan istifadə edərək ölkədə yaratdığı biznes mühitini qarşı tərəflərə, xüsusilə investrlara, xarici investrlara təqdim edir.

Məlumdur ki, Azərbaycan bu təqdimatı Davos Forumunda prezident səviyyəsində edir. Təbii ki, prezident səviyyəsində belə təqdimatın olması olduqca önəmli və olduqca cəlbedicidir. Nəticə etibarı ilə Azərbayacan bu yolla investrları iqtisadiyyatımıza investr qoymağa cəlb edə biləcək.

Fikrət Yusifov: “Nəticə etibarı ilə Azərbayacan bu yolla investrları iqtisadiyyatımıza investr qoymağa cəlb edə biləcək”.

Bildiyimizi kimi artıq 4-cü ildir ki, Azərbaycanda post-neft dövrü elan edilib. Bu fonda qəbul edilən qərarlarla da Azərbaycanda münbit biznes mühiti yaradılıb.

İndi isə əsas vəzifə iqtisadiyyatın qeyri-neft sektorunu, real sektorunu inkişaf etdirmək üçün xarici investrların ölkəyə cəlb edilməsidir. Bu istiqamətdə də işlər gedir. Bir daha qeyd edim ki, son nəticə olaraq Azərbaycan Davos Forumundan bu dediklərimizi ala biləcək”.

Toğrul Maşallı: “Azərbayacanın Davos Forumunda iştirak edib-etməməsinin nəticəsi eyni olacaq”.

Davos Forumunun Azərbaycanla bağlı hesabatlarının çox hallarda reallıqları əks etdirmədiyini düşünən iqtisadçı-ekspert bildirib ki, bu hesabatlılıq formal göstəricilər əsasında qurulur. Buna görə də reallığı əks etmirmir:

“Davos Forumunun Azərbaycan üçün birbaşa heç bir xeyri yoxdur. Davos Forumunda əsasən müxtəlif dövlətlərin liderləri, nazirlər, siyasi və istisadi ekspertlər, o cümlədən dünyanın aparıcı şirkətlərinin rəhbərləri iştirak edir. Yəni Dünya İqtisadi Forumunda əsasən korporasiya rəhbərləri və s. görüşürlər.

Azərbayacan isə burada təmsil oluna bilmir və hamıya məlumdur ki, Azərbayacan Davos Forumunda yalnız Prezident səviyyəsində təmsil olunur.

Toğrul Maşallı: “Davos Forumunun Azərbaycana verdiyi yüksək qiymət müəyyən qədər aldadıcı təsəvvür yaradır”.

Onu da qeyd edim ki, Davos Forumunun Azərbaycanla bağlı hesabatları çox hallarda reallıqları əks etdirmir. Çünki bu hesabatlılıq formal göstəricilər əsasında qurulur. Buna görə də reallığı əks etmirmir. Nəticə etibarı ilə Davos Forumunun Azərbaycana verdiyi yüksək qiymət müəyyən qədər aldadıcı təsəvvür yaradır.

Buna görə də Azərbayacanın Davos Forumunda iştirak edib-etməməsinin nəticəsi eyni olacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar