Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hafiz Hacıyev icra başçısı olan qohumundan danışdı: “Bədbəxt adamdır”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev qohumu olan İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin ailəsi ilə bərabər yataqxanada kirayə qalması barədə verdiyi açıqlamasına münasibət bildirib...

Hafiz Hacıyev Demokrat.az-a açıqlamasında deyib ki, Vilyam Hacıyevin yataqxanada kirayə qalması barədə verdiyi açıqlama tamamilə yalandır:

"Mən 10-12 ildir ki, onunla heç bir əlaqə saxlamıram. Çünki o, bədbəxt adamdır. Vilyam Hacıyev ac-yalavac da ölüb gedəcək. Mən onun əmlakları haqqında yayılan siyahıya baxmışam. Doğrusu, o siyahıda da reallıqdan uzaq məqamlar var. Mən düşünmürəm ki, onun bu qədər var-dövləti olsun. Ancaq Vilyam Hacıyevin kirayədə qalması da yalan məlumatdır. O qələt edib deyir ki, guya kirayədə qalır. Bu, ağ yalandır. Hər halda onun yaxşı yaşaması üçün normal şəraitli evi var".

Partiya sədri qeyd edib ki, Vilyam Hacıyev qorxaqın biridir:

"Onda elə ağıl yoxdur ki, xarici ölkələrdə bahalı mülkləri olsun. Vilyam Hacıyevdə harada idi elə bacarıq ki, gedib xaricdə mülklər alsın! Bildiyimə görə, onun Gəncədə dədə-baba bir evi var. Vilyam Hacıyev həmin evi təmir etdirib. Bilirsiniz, o bədbəxt və onun-bunun üçün işləyən adamdır. Mən Vilyam Hacıyevin özü üçün yaxşı gün ağlamasına inanmıram". 

pia.az


Etiket: Hafiz Hacıyev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Gürcüstanda sorğu: Ölkədə yalnız iki siyasətçiyə etimad var...

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Miley: Argentina Maduronun qələbəsini tanımır...

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Paris-2024: Bu gün altı idmançımız mübarizəyə start verəcək

Ən çox oxunanalar