Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"TANAP Azərbaycan təbii qazını Avropaya nəql etməyə tam hazırdır" - Pərviz Şahbazov

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Ekvatorial Qvineyanın paytaxtı Malaboda keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) V Sammiti və Nazirlər Görüşündə iştirak edib...

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, sammitdə çıxış edən nazir qlobal qaz bazarında müşahidə olunan tendensiyalar və Azərbaycanın həyata keçirdiyi qaz ixrac layihələri barədə danışıb. Nazir son illərdə dünyada aşağı karbonlu enerji mənbəyi kimi təbii qaza artan tələbatın yeni layihələrinin reallaşmasını və qaz sənayesinin inkişafını təmin etməklə yanaşı mənbə və marşrutların diversifaksiyasını da aktullaşdırdığını qeyd edib.

P. Şahbazov sıfır emissiyalı iqtisadiyyata dair çağırışların təşviq etdiyi bioqaz, biometan və hidrogen enerjisinin gələcəkdə təbii qaza gözlənilən təsirlərinə də toxunub. Qaz İxrac Edən Ölkələr Forumunu bu inkişaf meyllərini qaz istehsal və ixrac edən ölkələrin öz enerji siyasəti kurslarında nəzərə almalarına və birgə həlləri tapmağa kömək edən bir platforma kimi qiymətləndirib.

Nazir Azərbaycanın qaz idxalatçısından qaz ixrac edən ölkəyə çevrilməsini təmin edən və enerji təhlükəsizliyinə xidmət edən layihələrindən də bəhs edib. Yekunlaşmaqda olan “Cənub Qaz Dəhlizi” layihəsinin regional və qlobal əhəmiyyətini diqqətə çatdırıb: “Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində mühüm rol oynayan TANAP Azərbaycan təbii qazını Avropaya nəql etməyə tam hazırdır. Avropaya yeni mənbədən – ilk dəfə olaraq Xəzərdən təbii qaz 2020-ci ilin ikinci yarısında Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılacaq. Açıq dənizlərə çıxışı olmayan bir ölkənin daha bir qlobal layihə ilə dünyanın enerji xəritəsini yenidən tərtib etməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan ardıcıl və uzunmüddətli enerji siyasətinin nəticəsidir. Bu siyasət bütün tərəflərin maraqlarının təmin olunmasına və qarşılıqlı faydalı qlobal əməkdaşlıq mühitinin yaradılmasına əsaslanır”.

Sammit çərçivəsində Energetika naziri Qaz İxrac edən Ölkələrin Forumunun (GECF) Baş katibi Yuri Sentyurin, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Məhəmməd Sanusi Barkindo, Rusiya Federasiyasının Energetika naziri Aleksandr Novak, eləcə də Misirin Mineral Resurslar və Neft naziri Tarek Əl Molla ilə görüşüb. Görüşlərdə qlobal neft-qaz bazarında mövcud vəziyyət və ikitərəfli əməkdaşlığa dair məsələlər müzakirə edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Ən çox oxunanalar