Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yağışlar nəticəsində çaylarda suyun səviyyəsində artım müşahidə olunub

Çaylarda suyun səviyyəsi artdı...

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən PİA.az-a verilən məlumata görə, ötən günlər ərzində yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 30-120 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 60-150 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 103 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 56 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 208 m3/s olmaqla, ongünlük normanın 112 faizini təşkil edir.

Noyabrın 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 41 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 51 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 103 m3/s təşkil etməklə ongünlük normanın 127 faizini təşkil edir.

Noyabrın 22-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 99 m3/s qeydə alınır ki, bu da ongünlük normadan çox olmaqla normanın 110 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 119 m3/s təşkil etməklə ongünlük normanın 133 faizini təşkil edir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 318 sm təşkil edib. Bu rəqəm 2018-ci il noyabrın 22-də isə 413 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 153 sm qeydə alınıb. 2018-ci il noyabrın 22-də isə bu rəqəm 301 sm təşkil edib. Salyanda suyun səviyyəsi 2 sm artaraq 113 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 263 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 161 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il noyabrın 22-də isə 242 sm təşkil edib. Lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 10 sm azalaraq 34 sm təşkil edib, lakin 2018-ci il noyabrın 22-də 125 sm qeydə alınıb.

pia.az


Etiket: ETSN çaylar

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Abbas Araqçi xarici işlər naziri vəzifəsinə təsdiqləndi

Elçin Quliyev yeni generallara ali hərbi rütbələrini təqdim edib - Fotolar 

Ən çox oxunanalar