Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məhkəmə islahatları gəlir... - Hüquq sistemində özbaşınalıqlar ortadan qalxacaq?

Hazırkı şərtlər altında məhkəmələrdə şəxsi maraqların deyil, ədalətin qalib gəlməsini və özbaşınalıqların ortadan qaldırılmasını təmin etmək mümkün görünürmü?..

Vəkil: “Oxşar qərarların qəbul olunması müəyyən sui-istifadə halları ilə yanaşı hakimlərin robotlaşdırılmasına da səbəb ola bilər ki, bu da ədalət mühakiməsinin ruhuna və qayəsinə zidd olan faktordur”.

“Əslində vahid məhkəmə təcrübəsinin olması və konkret olaraq həmin təcrübəyə istinad olunaraq yekun qərarın qəbul olunması məhkəmələrdə işlərə baxılmasının operativliyini, qərar qəbul olunmasının sürətləndirilməsini, iş yükünün azalmasını və icraatların yekunlaşdırılmasının tezləşdirilməsini təmin etməyə yönəlsə də, keyfiyyət və ədalətin tam bərqərar olması baxımından müəyyən ciddi qüsurlara gətirib çıxara bilər”.

Bu sözləri vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Azərbaycan məhkəmələrində eyni məsələlərlə bağlı fərqli qərarların verilməsinin qarşısının alınması məsələsini PİA.az-a şərh edərkən qeyd edib.

Azərbaycanda məhkəmələrdə eyni məsələlərlə bağlı fərqli qərarların verilməsinin qarşısı alınacaq. Bunun üçün ölkəmizdə vahid məhkəmə təcrübəsi formalaşdırılacaq.

Yenilik məhəkə-hüquq sitemində aparılacaq islahatla mümkün olacaq. Bu və ölkəmizdə müstəqil məhəkəmə ekspertlərinin yaradılması ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirə edilib.

Müzakirələrdə iştriak edən millət vəkili Siyavuş Novruzov məhkəmələrin ixtisaslaşmasını vacib sayıb və həbs edilən şəxslərin məcburi əməyə cəlb edilərək vurduqları ziyanı ödəməsini təklif edib. Millət vəkili məhkəmə qərarlarının icrasından da narahatlığını səsləndirib.

Bəzi millət vəkilləri isə müstəqil məhkəmə ekspertlərinin ağır cinayətlərdə iştirak edə bilməməsini pisləyib.

Sözügedən dəyişikliklər millət vəkilləri tərəfindən plenar iclasın 1-ci oxunuşunda qəbul edilib.

Hazırkı şərtlər altında məhkəmələrdə şəxsi maraqların deyil, ədalətin qalib gəlməsini və özbaşınalıqların ortadan qaldırılmasını təmin etmək mümkün görünürmü?

Mövzunu PİA.az-ın əməkdaşı vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirovla müzakirə edib.

Xəyal Bəşirov: “İstənilən hakim özünün fəaliyyəti zamanı ədalət mühakiməsinin bərqərar olmasında və qərar qəbul edərkən hər hansı digər amili deyil, daxili inamına və vicdanına əsaslanaraq, yalnız qanuna istinad etməkdə maraqlı olmalıdır”.

Azərbaycanın roman-german hüquq sisteminə aid olan ölkələrdən olduğunu xatırladan vəkil PİA.az-a açıqlamasında bildirib ki, bu səbəbdən də ölkəmizdə məhkəmə presedenti mövcud deyil, yəni hansısa bir iş üzrə məhkəmədə yekun qərar verilərkən əvvəllər anoloji xarakter daşıyan məhkəmə mübahisələri ilə bağlı verilmiş qərarlar mövcud olsa da, mütləq onlara uyğun deyil, tam fərqli qərarlar da qəbul edilə bilər:

“Qeyd edim ki, Azərbaycan roman-german hüquq sisteminə aid olan ölkələrdəndir. Bu səbəbdən də ölkəmizdə məhkəmə presedenti mövcud deyil, yəni hansısa bir iş üzrə məhkəmədə yekun qərar verilərkən əvvəllər anoloji xarakter daşıyan məhkəmə mübahisələri ilə bağlı verilmiş qərarlar mövcud olsa da, mütləq onlara uyğun deyil, tam fərqli qərarlar da qəbul edilə bilər.

Əslində vahid məhkəmə təcrübəsinin olması və konkret olaraq həmin təcrübəyə istinad olunaraq yekun qərarın qəbul olunması məhkəmələrdə işlərə baxılmasının operativliyini, qərar qəbul olunmasının sürətləndirilməsini, iş yükünün azalmasını və icraatların yekunlaşdırılmasının tezləşdirilməsini təmin etməyə yönəlsə də, keyfiyyət və ədalətin tam bərqərar olması baxımından müəyyən ciddi qüsurlara gətirib çıxara bilər.

Xəyal Bəşirov: “Yaşadığımız dünyada ideal cəmiyyət, ideal idarəetmə forması mövcud olmadığına görə ideal və tam qüsursuz ədalət mühakiməsi sistemi də mövcud deyildir”.

Eyni zamanda da oxşar qərarların qəbul olunması müəyyən sui-istifadə halları ilə yanaşı hakimlərin robotlaşdırılmasına da səbəb ola bilər ki, bu da ədalət mühakiməsinin ruhuna və qayəsinə zidd olan faktordur. Təbii ki, yaşadığımız dünyada ideal cəmiyyət, ideal idarəetmə forması mövcud olmadığına görə ideal və tam qüsursuz ədalət mühakiməsi sistemi də mövcud deyildir.

Hər bir halda istənilən hakim özünün fəaliyyəti zamanı ədalət mühakiməsinin bərqərar olmasında və qərar qəbul edərkən hər hansı digər amili deyil daxili inamına və vicdanına əsaslanaraq, yalnız qanuna istinad etməkdə maraqlı olmalıdır”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Ən çox oxunanalar