Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyalı ekspert: Putinlə Paşinyan görüşündən müsbət nəsə gözləmək çətindir

İrəvanın indiyədək mövcud siyasəti Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən gözləntiləri təmkinli qiymətləndirməyə təşviq edir...

Poliqon "RİA Novosti" Agentliyinə istinadən xəbər verir ki, bunu siyasi müşahidəçi və Strateji Mədəniyyət Fondunun eksperti Andrey Areşev bildirib.

Ermənistanın baş naziri Avrasiya İiqtisadi İttifaqının yubiley sammitində iştirak etmək üçün Moskvaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Putin və Paşinyan arasında ikitərəfli görüş planlaşdırılır.

"Məğlubiyyətçi siyasətinə, uğursuzluğuna görə məsuliyyəti kiminsə, o cümlədən Rusiya tərəfinin üzərinə atmaq üçün hər şeyi edən Nikol Paşinyanın açıq-aşkar destruktiv mövqeyini nəzərə alaraq, bugünkü hadisələrin, o cümlədən Aİİ çərçivəsində görüşün nə dərəcədə uğurlu olacağını söyləmək çətindir", deyə Areşev "RİA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Paşinyanın bütün davranışı onu göstərir ki, öz seçimini edib və Rusiyadan siyasi dönüş baxımından bütün yolu keçmək niyyətindədir:

"Onun Moskvaya səfərinin - Ermənistanın Aİİ-də sədrliyinin formal səbəbləri var, lakin bu sədrliyin nə dərəcədə mənalı olacağı İrəvanın siyasətini nəzərə alsaq, kifayət qədər mürəkkəb sualdır. Görüşün bütün informasiya fonu Paşinyanın Paradda iştirak etməməsi də daxil olmaqla, müsbət gözləntilər yaratmır, bütün bunlar qiymətləndirmələrdə təmkinli olmağı təklif edir".

Bundan əvvəl Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirmişdi ki, mayın 8-də Moskvada Paşinyanın sədrliyi ilə Aİİ-nin yubiley sammiti keçiriləcək. Bu il Ermənistan Aİİ-yə sədrlik edir, lakin yubiley sammitinin Moskvada keçirilməsi qərara alınıb. Uşakovun sözlərinə görə, Ermənistan Aİİ-yə sədrliyinin prioritetlərini yanvarda dərc edib və bu prioritetlər Rusiyanın 2023-cü ildə sədrliyi zamanı irəli sürdüyü Aİİ çərçivəsində əsas prioritetlərlə praktiki olaraq üst-üstə düşür.

Uşakov onu da bildirib ki, Kreml mayın 8-də Putinlə Paşinyan arasında gözlənilən görüşə böyük əhəmiyyət verir. O hesab edir ki, bu görüş bir çox problemlərin həllinə kömək edəcək. Rusiya liderinin köməkçisi hesab edir ki, ikitərəfli təmas çox məzmunlu olacaq, çünki müzakirə üçün çoxlu məsələlər toplanıb. Putinlə Paşinyan arasında sonuncu görüş 2023-cü il dekabrın sonunda baş tutub. Bundan sonra, liderlər praktiki olaraq ünsiyyət qurnayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü 

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır

Əməkdar artist vəfat edən xanımından danışdı

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Ən çox oxunanalar