Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Səudiyyə Ərəbistan neft hasilatını tam bərpa edib” – Məhəmməd Barkindo

Səudiyyə Ərəbistanı “Saudi Aramco” dövlət şirkətinin neft obyektlərinə hücumlardan əvvəl olan neft hasilat səviyyəsini, demək olar ki, tam bərpa edib...

Bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo Nur-Sultanda keçirilən “Enerji mənbələrinin gələcəyi: İnnovativ artım” 12-ci Kazenerji Avrasiya Forumunda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının neft obyektlərinə pilotsuz uçan obyektlər tərəfindən hücumlara baxmayaraq, ölkə neft hasilatını planlaşdırılan səviyyədə saxlamaq niyyətindədir.

“Dünyanın hər hansı bir yerində neft və qazın təhlükəsiz tədarükünün pozulmasının sənaye və iqtisadiyyat üçün böyük bir pozuntu olduğunu vurğulayıram”, – deyə M. Barkindo əlavə edib.

Xatırladaq ki, sentyabrın 14-nə keçən gecə Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco”nun iki ən böyük müəssisəsinə hücum edilib. Zərbələrin yaratdığı partlayışlar və yanğınlar nəticəsində dünyanın ən böyük neft ixracatçısının gündəlik hasilatı 9,8 mln. bareldən 5,7 mln. barelə enib. Bu vəziyyət dünya bazarlarında neftə olan qiymətlərin kəskin artmasına səbəb oldu. (APA)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay