Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur amerikalı aktrisa rüşvətə görə həbs olundu

Hollivud ulduzu Felisiti Haffman həbs cəzası alıb. Səbəb isə qızının kollecə daxil olması üçün verdiyi rüşvət olub

PİA.az oxu.az-a istinadən xəbər verir ki, "Çarəsiz evdar qadınlar" serialının ulduzunu 14 günlük həbs cəzası gözləyir.

"Associated Press" Haffmanı övladının təhsili üçün rüşvət verdiyinə görə həbs olunan ilk ulduz adlandırıb.

Artıq məhkəmə iclası baş tutub. Məhkəmədə aktrisa etiraf edib ki, bu addıma övladının qabiliyyətinə əmin olmadığı üçün gedib. 56 yaşlı ulduz həmçinin deyib: "Mən axmaq olmuşam, çox səhv etmişəm".

Məhkəmə zamanı Felisiti öz qızından, həyat yoldaşından və bütün pedoqoji kollektivdən üzr istəyib. Həmçinin o, çıxışında tələbələri və onların valideynlərini də xatırlayıb. Etiraf edib ki, böyüklər uşaqlarını dəstəkləmək üçün bəzən qurbanlar verməli olurlar.

Məhkəmə ulduzu günahkar elan edib. Çünki aktrisa öz çıxışında qanunu pozduğunu bildirib. Hakim deyib:

"Bu, ani qərar olmayıb. O, dələduzluq etdiyini bilirdi".

14 günlük həbsdən başqa, Haffmanı 30 min dollarlıq cərimə və 250 saatlıq ictimai iş gözləyir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar