Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dron hücumları Səudiyyə Ərəbistanındakı neft təsisatlarında yanğına səbəb olub

Səudiyyə Ərəbistanı dövlət neft şirkəti olan Aramco-nun idarə etdiyi iki əsas neft təsisatı dron hücumlarından sonra yanğına qərq olub, dövlət mediası xəbər verir

Hadisə yerindən çəkilmiş videolarda Aramco-nun ən böyük neft istehsalı müəssəsi olan Abqaiq və Xuraisdə böyük yanğın nümayiş etdirilir.

Hazırda hər iki müəssisədə yanğın nəzarət altına götürülüb, dövlət mediası xəbər verir.

Yəmən haqqında 5 mühüm faktİran körfəzində iki Səudiyyə neft tankerinə kim hücum etdi?Kimdir? Nədir? Səudiyyə Ərəbistanı

Yəməndə İranın dəstəklədiyi Husi qruplaşmasının sözçüsü bildirib ki, onlar hücum üçün 10 dron göndəriblər.

Qruplaşmanın hərbi sözçüsü Yəhya Sareya Husi hərəkatına məxsus al-Misarah TV-ə bildirib ki, gələcəkdə yeni hecumlar planlaşdırılır.

O bildirib ki, şənbə günü həyata keçirilmiş hücumlar Husi qüvvələrinin Səudiyyə Ərəbistanında həyata keçirdiyi ən böyük əməliyyatlardan biridir və ona "krallığın içindəki dəyərli insanlar da dəstək verib".

Səudiyyə rəsmiləri hələ ki, hücumla bağlı şərh verməyiblər.

İranın dəstəklədiyi Husi üsyançıları hərəkatı Yəmən hökuməti və Səudiyyənin rəhbərlik etdiyi koalisiyaya qarşı vuruşur.

2015-ci ildə Yəmən prezidenti Abdrabbuh Mansour Hadi Husi qruplaşması tərəfindən ölkə paytaxtə Sananı tərk etməyə məcbur edildikdən sonra Yəməndə müharibədir. Səudiyyə Ərəbistanı Prezident Hadini dəstəkləyir və üsyançılara qarşı region dövlətlərinin koalisiyasına rəhbərlik edir.

Koalisiya qüvvələri demək olar ki, hər gün üsyançılara qarşı havadan zərbələr endirir. Husi üsyançıları isə tez-tez Səudiyyə Ərəbistanını raket atəşinə məruz qoyurlar.(bbc.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay