Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ağır idarəçiliklə üzləşəcəyik” – Natiq Cəfərli

“Milləti, toplumu, xalqı, siyasi sistem formalaşdırır. İllərdir ki, bu formulu dilə gətiririk, amma hələ də xalqı qınayan insanlara tez-tez rast gəlirik”

Bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, çinlilər aylardır yerli seçkilərin yenilənməsi və Hong-Kongda yaşayan aktivistlərin Pekinə təhvil verilməsini nəzərdə tutan qanun layihəsinə etiraz edirlər: “Amma Çində belə bir etirazları görmək mümkün deyil. Hong-Kong 100 il Britaniyaya məxsus olub, 1999-cu ildə bölgədə muxtariyyət saxlanılması şərti ilə Çinə qaytarılıb. Keçən 100 ildə etnik olaraq çınli olsalar da, Hong- Kongda başqa keyfiyyətli toplum formalaşıb.

Çin isə 1990-cı ilə qədər axmaq, sonra isə maraqlı, amma siyasi azadlıqları olmayan iqtisadi eksperimentlərə səhnə olub. Toplumlar fərqli siyasi sistemdə formaşdığından etnik kimlikləri eyni olsa da, fərqli davranırlar. Tayvanda da çinlilər yaşayır, amma seçkili, demokratik sistem qurublar, fərqli davranış qaydaları var. İki fərqli Koreya isə bu nəzəriyyənin ən böyük təsdiqidir”.

Ekspert hesab edir ki, Azərbaycan toplumu hazırki durumdan çıxa bilər: “Əminliklə deyə bilərəm ki, xalqımız fərqli sistemdə tam fərqli davranacaq, öz əsl potensialını açacaq. Bu sistemdən ağılla, doğru seçimlə qurtulsaq, toplum xaluqələr yaradacaq, yox, əgər yenə populistlərin, son zamanlar yenidən aktivləşən avantüristlərin dalınca düşsək, bundan daha ağır idarəçiliklə üzləşəcəyik”.(yeni sabah)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar