Çərşənbə, 24 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meşələri zibilliyə çevirənlər: Günahkar kimdir? - Foto, Video

İstər yerli, istərsə də xarici turistlər bölgələrdə istirahət etməyə üstünlük verirlər

Xüsusən Qubanın Qəçrəş bölgəsi həftəsonları istirahət üçün ideal yerlərdən hesab edilir. Paytaxt Bakıya yaxın ərazidə yerləşməsi minlərlə turistin sözügedən əraziyə səfər etməsinə şərait yaradır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, son aylar özünəməxsus təbiəti ilə seçilən, havası və gözəlliyi ilə turistləri cəlb edən Qəçrəş meşəsi hazırda məişət tullantıları üçün ayrılan poliqona çevrilir.

Qəçrəşə gələn qonaqlar arasında turizm obyektlərində istirahət edənlərlə yanaşı təbiət qoynunda, yəni meşəlik ərazidə süfrə açıb dincələnlər də az deyil. Təəssüf doğuran məqam onlar getdikdən sonra geridə qoyduqları mənzərədir: içki şüşələri, tərəvəz qabıqları, konfet kağızları və müxtəlif plastik tullantılar.

Turizm obyektlərinin sahibləri isə yalnız öz ərazilərini təmiz saxlayırlar. Ərazidəki tullantılar onu deməyə əsas verir ki, Qəçrəş meşəliyində uzun müddətdir iməclik keçirilmir. Burada məişət tullantılarını toplayan maşınları da görmək mümkün deyil.

Turizm ekpertləri bu işlə ərazi bələdiyyəsinin baxmalı olduğunu deyirlər. Yerlər təyin edilərək, tullantı qutuları quraşdırılmalı və “Bura zibil atmayın” kimi məlumat lövhələri yerləşdirilməlidir.

Ərazinin zibillənməsi meşə üçün təhlükəli olmaqla yanaşı, gələn xarici turistlərdə inkişafda olan ölkəmiz, turizimimiz üçün də mənfi fikir formalaşdırmağa şərait yaradır. Sözügedən ərazidə bu tullantıların yığışdırılmasınına məsul olan qurumla yanaşı, hər rayon sakini tez bir zamanda hərəkətə keçməlidir. Əks təqdirdə, məğlub olan yerli sakinlər və Azərbaycan turizmi olacaq.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda övladını girov götürən və polisin zərərsizləşdirdiyi şəxslə bağlı yeni detallar - Təfərrüat, Video

Ağadadaş Ağayevlə bağlı məsələdə yenidən gündəmə gələn "MedEra Hospitalı" kimindir?

Ağadadaş Ağayevin atdığı balta qadını yaraladı - Təfərrüat

Xırdalanda qadının əri tərəfindən pəncərədən atılması ilə bağlı təfərrüat - Yenilənib

Baba Vəziroğlu Ağadadaş Ağayevdən danışdı: "Vəziyyət o həddə çatıb ki..."

Xatirə İslam: "O yaşda adamı bu qədər döyərlər?"

Bakıda fantastik qiymətə malikanə satışa çıxarılıb - Fotolar

"Canlı yayım açıb, camaata müraciət edəcəm” – Ağadadaş Ağayev

Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - Yenilənib

Ağadadaş Ağayev balta atdığı şəxsdən polisə şikayət etdi

Ən çox oxunanalar