Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Toxum Fondu Yaponiyanın ən böyük investisiya şirkəti ilə ticarət əlaqələri qurur

Fondun rəhbərliyi ilə şirkət rəhbərlərinin arasında görüş keçirilib

Bakıda Dövlət Toxum Fondunun rəhbərliyi ilə Yaponiyanın “Dentsu Group” və “Kaneko Seeds” şirkətlərinin rəhbər şəxsləri arasında görüş keçirilib.

Fonddan “Report”a verilən məlumata görə, görüşdə Dövlət Toxum Fondunun sədri Emin Əliyev, “Dentsu group” şirkətinin baş meneceri Toshihiro Fukushima və biznesin inkişafı üzrə inzibatçısı Takahiro Akiyama, “Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Toxum Fondunun sədri Emin Əliyev keyfiyyətli toxum istehsalı ilə bağlı görülən işlər, eləcə də azərbaycanlı alimlərin seleksiya nailiyyətləri barədə qonaqlara məlumat verib.

“Kaneko Seeds” şirkətinin beynəlxalq əlaqələr üzrə inzibatçısı Tomoaki Sakamoto bildirib ki, Azərbaycan toxumçuluq sahəsində ciddi addımlar atır. Bildirilib ki, Azərbaycanın artan inkişaf göstəricələri arasında aqrar sahənin xüsusi çəkisinin olması təsadüfi deyil. Qeyd olunub ki, kənd təsərrufatının inkişaf etdirilməsi və məhsul istehsalının artırılması əhalinin ekoloji təmiz ərzaqla, sənayenin isə xammalla təmin olunması deməkdir. O, çoxillik təcrubəyə malik Yaponiyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və qarşılıqlı əlaqələrin qurulmasının Azərbaycanda aqrar sahədə geniş perspektivlərə yol açacağını vurğulayıb.

Görüşün sonunda Dövlət Toxum Fondu ilə Yaponiyanın “Dentsu Group” şirkəti arasında toxumçuluq sahəsində ticarət əlaqələrinin qurulması, təcrübə mübadiləsi, bazar araşdırılmasının aparılmasını nəzərdə tutan “Niyyət protokolu”nun imzalanmasına dair razılıq əldə edilib.

Qeyd edək ki, “Dentsu Group” Yaponiyanın ən böyük investisiya, “Kaneko seeds” isə yüksək keyfiyyətli tərəvəz, çiçək və yem bitkiləri, istixana materialları, kənd təsərrufatı məhsulları, effektiv və səmərəli becərmə texnologiyaları, yüksək texnoloji kənd təsərrufatı avadanlıqları təqdim edən şirkətlərdən sayılır. “Kaneko seeds” yarandığı 1895-ci ildən etibarən keyfiyyətli toxum istehsalı ilə məşğuldur.

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay