Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ İranın bir nüvə obyektini vuracaq 

“Bu hərbi plan müzakirə olunur”

Amerika Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti İranın nüvə proqramı obyektinə aviazərbə endirmək imkanlarına baxır. Bu barədə Birləşmiş Millətlər Təşkilatındakı (BMT) diplomatik mənbələrə istinadla «The Jerusalem Post» nəşri yazıb.

Mənbənin sözlərinə görə, bir konkret hədəf üzrə çoxsaylı aviazərbələrin endirilməsi variantı (massiv zərbə) müzakirə olunur.

Nəşrin məlumatına görə, bu məsələyə baxılması ilə ABŞ hərbi komandanlığı, Pentaqonun nümayəndələri və ABŞ prezidenti Donald Trampın müşavirləri məşğuldur.

Qeyd edildiyi kimi, bu məsələ İranın bu yaxınlarda uran istehsalını artırmaq barədəki bəyanatından sonra müzakirəyə çıxarılıb.

Bununla bərabər, nəşr yazır ki, prezident Tramp İranla bağlı situasiyanın hərbi yolla həllində maraqlı deyil, ancaq dövlət katibi Mayk Pompeonun məsləhətini qəbul edə bilər.

İranın konkeret olaraq, hansı nüvə obyektinin bombardman hədəfi olacağı barədə məlumat dəqiqləşdirilmir.

Xatırladaq ki, iyunun 17-də İran bəyan edib ki, iyunun 27-dən etibarən, az zənginləşdirilmiş uran istehsalını artırmaq niyyətindədir. Beləliklə də İranda az zənginləşdirilmiş uran ehtiyatı Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) ilə nəzərdə tutulmuş limiti adlayacaq.(AzPolitika.info)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Emin Mahmudov: “Təzyiqin altından çıxa bilmədik”

Ən çox oxunanalar