Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uşaq əməyindən istifadəyə görə 3 işəgötürən cərimələnib

"Bu ilin 5 ayı ərzində Dövlət Əmək Müfəttişliyi Xidməti uşaqları əməyə cəlb edən 3 işəgötürəni cərimələyib"

Bunu jurnalistlərə açıqlamasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə bildirib.

Onun sözlərinə görə, uşaq əməyindən sui-istifadə halları ən çox avto-yuma məntəqələrində, ictimai nəqliyyatda və şadlıq evlərində rast gəlinir: "Sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması ilə əlaqədar müəssisələrə gedə bilmirik, sadəcə bizə vətəndaşlar tərəfindən daxil olan şikayət ərizələri və digər dövlət orqanlarından daxil olan materiallar əsasında araşdırma apara bilirik. Qanunvericiliyin uşaq əməyindən istifadəyə icazə verdiyi hallar var. Məcəllənin tələbi var, valideynin razılığı ilə olan məqamlar var. Yəni 15 yaşından 18 yaşına qədər olan uşaqlar valideynlərin yazılı razılığı ilə işləyə bilərlər.

DƏMX tərəfindən il ərzində maarifləndirmə xarakterli tədbirlər də olur. Daxil olan müraciətlərin araşdırılmasında bir neçə hallarda uşaq əməyinin istismarı ilə bağlı daxil olan faktlara görə inzibati qaydada tədbirlər görülür, cəza tədbirləri aparılır. Məqsədimiz sadəcə cəza vermək deyil, o cəzaya qədər olan maarifləndirmə ilə bu cəzaların qarşısını almaqdır".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

“Ömrümdə bu qədər söyülməmişdim!” - Erkin Qədirli

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

“Aztelekom”un “Mis Nazim” kimi tanınan regional müdiri – Nazim Əliyev

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Bakıda güclü yanğın başladı: Bir-birinə bitişik obyektlər külə döndülər

Azərbaycanda beş yaşlı uşaq diş əməliyyatından sonra öldü

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

Fərid Qayıbov qitə və dünya çempionatlarında uğurla çıxış etmiş idmançılarla görüşüb

Ən çox oxunanalar