Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ahılların maşın sürməsi qadağan oluna bilər — Video

83 yaşlı taksi sürücüsünün ehtiyatsızlıqdan törətdiyi qəza ahıl sürücülər məsələsini yenidən gündəmə gətirilib

İnsanın yaşı artdıqca hadisə anında reaksiyası azalır. Belə olan halda ahıl sürücülərin qəza törətmə riskləri də çoxalmış olur.

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Azər Allahverənov - Ekspert: "Çünki yaşlı insan, 75-80-85 yaşlarında olan insan istər-istəməz avtomobili idarə edərkən nə qədər peşəkar olsa da, lap 50 ilin sürücüsü olsa belə, bir çox göstəricilərdə arzu olunan səviyyədə deyil".

Bu məsələdə ekspertlər arasında fikir ayrılığı mövcuddur. "Yaşa görə heç kimə maşın sürməyi qadağan etmək olmaz" deyə düşünənlər də var.

Elməddin Muradlı - Ekpert: "Kimisə qınamaq olmaz ki, 80 yaşın varsa, maşın sürmə, sağlamlığı imkan verirsə, lap 100 yaşında maşın sürsün. Eşitmə, görmə qabiliyyəti zəif olan, sükana sahib ola bilməyən çoxlu sayda sürücülərimiz var".

YHQ-yə edilən dəyişiklikdən sonra, yaş həddi məsələsi avtobus sürücülərinə şamil olunub. Yəni 65-dən yuxarı olan avtobus sürücülərinə D və E kateqoriyaları verilmir. Amma digər sürücülərə bu şamil edilmir.

Adi halda sürücülər üçün yaş məhdudiyyəti qoyulmasa da, yaşlıların mütəmadi olaraq həkim müayinəsindən keçməsi tələb olunur. Sürücülük vəsiqəsinin yenilənməsi də məhz həmin həkim rəyi əsasında aparılır.

Azər Allahverənov - Ekspert: "70 yaşa çatmış sürücülər qeydiyyatda olduğu poliklinikaya mürəciət edir. Bütün yoxlamalardan keçirlər. Və arayışı alır. Yol polisi ilə yanaşı ASAN xidmət də bu işi icra edir. Həmin arayışı verir. Yeni iki illik sürücülük vəsiqəsi alır".

Amma bəzi yaşlı insanların sağlamlıq arayışlarını həkimlərdən hansı əsaslarla alması şübhə doğurur. Ona görə də mütəxəssislər bu sahədə nəzarəti gücləndirməyi təklif edirlər.

Elməddin Muradlı - Ekpert: "Mənə belə gəlir ki, yol polisinə belə bir səlahiyyət vermək lazımdır ki, gələcəkdə şübhə yarandıqda, özü vəsatət qaldırıb təkrar komissiya tələb edə bilsin ki, ümumi komissiya baxsın ki, bu doğurdanmı sürücülüyə yararlıdır, ya yox".

Dünyanın əksər ölkələrində yaşlı sürücülərlə bağlı xüsusi layihələr icra olunur. Bəzi ölkələrdə könüllü sürücülük vəsiqələrindən imtina edən ahıl sürücülərə xüsusi imtiyazlar tətbiq edilir. Müsbət praktikalardan yararlanıb, ölkəmizdə də oxşar model tətbiq edilə bilər. (Demokrat.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

Anar Məmmədovla bağlı ilginc iddia - Trampın seçkisinə...

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Azərbaycan Ordusunun hərbçisi odlu silahla özünü öldürüb

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Ən çox oxunanalar