Bazar ertəsi, 09 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məzuniyyətin verilmə vaxtı dəyişdirilə bilər - Nazirlik açıqladı

Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla, onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər

PİA.AZ Trend-ə istinadən bildirir ki, bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəmkir rayonunda "İstirahət vaxtı və işçilərin məzuniyyət hüquqları. Məzuniyyət hüququ və onun təmin edilməsi" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında keçirdiyi maarifləndirmə tədbirində vurğulanıb.

Tədbirdə əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumat verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydalarından bəhs olunub.

Bildirilib ki, istehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə əmək məzuniyyətlərinin verilməsi üçün hər il yanvarın sonunadək növbəlilik cədvəlləri tərtib edilə bilər. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.

Tədbirdə əmək münasibətlərinin qeyri-rəsmi şəkildə qurulmasının mənfi nəticələri haqqında da bəhs olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan səfərdə Slovakiyaya məğlub olub - Yenilənib

Ağstafada ər və arvad faciəli şəkildə öldülər - Təfərrüat

Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub

Masajda ölən iki yaşlı uşağın atası: "Prosedur zamanı şoka düşdü" - Yenilənib

Parisdə Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Əməkdar jurnalist telekanala rəhbər təyin olundu - Foto

Yeni qaydalar gənc hərbiçilərin mənzillə təmin olunmasında nə qədər rol oynayacaq?

Abdelmajid Tebbun yenidən Əlcəzairin prezidenti seçilib

Məşhur karate ustasının həbsi ilə bağlı yeni detallar: "Yeniyetmə qızlara porno göstərib"

Ən çox oxunanalar