Çərşənbə, 04 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada oğru dəstə zərərsizləşdirildi

Cinayətkar dəstə üzvləri barədə cinayət işi başladılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq, cari ilin aprel-may aylarında rayon ərazisində 5 nəqliyyat vasitəsini oğurlayaraq sahiblərinə xeyli miqdarda maddi ziyan vuran cinayətkar dəstə saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Taleh Atakişiyev, Mahir Məmmədov, Orxan Bədəlov, Tural Əliyev, Asif Əsgərov və Mirəli Sadıqov olduqları müəyyən edilib.

Dindirilmə zamanı dəstə üzvləri törətdikləri cinayət əməlini etiraf ediblər. Cinayətkar dəstənin ətrafında aparılan araşdırmalar zamanı onların may ayının 13-də oğurladıqları “Vaz 2109” markalı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətdikləri də məlum olub. Nəqliyyat vasitəsini idarə edən Taleh Atakişiyev Quba RMX-na yerləşdirilib, hal-hazırda onun vəziyyəti stabildir.

Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin digər cinayət əməllərində də iştiraklarının olub olmaması istiqamətində tədbirlər davam etdirilir.(trend.az)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsmayıllıda vəzifəli şəxslərə qarşı əməliyyat

9 saylı dairədə nəticələr ləğv edilə, Kəmaləddin Qafarov mandatsız qala bilər

Ermənistanın yeni “Zəngəzur dəhlizi” təklifi... - Bakı bu təklifi qəbul edə bilərmi?

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Yatdığınız çarpayının tərəfi sizin şəxsiyyətinizdən xəbər verir

Nəsli kəsilən heyvanlar dirildilir - Alimlərdən şok sınaq

Ailəsi Lamiyənin qələbəsinə belə sevindi - Video

20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar

BMT israilli girovların öldürülməsi ilə bağlı araşdırma aparmağa çağırıb

ABŞ Maduroya qarşı bir sıra tədbirlər görəcəyini istisna etmir

Politoloq: Türkiyə və İran arasında qapalı qarşıdurma pik həddinə çatır...

Ən çox oxunanalar