Şənbə, 07 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə namizədliyini irəli sürəcək

Bu barədə geniş təbliğat-təşviqat işləri aparılıb

73-cü Beynəlxalq Astronavtika Konqresinə (IAC) ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi məqsədilə geniş təbliğat-təşviqat işləri aparılıb.

"Azərkosmos" ASC-dən verilən məlumata görə, təbliğat-təşviqat işləri 24-26 aprel 2019-cu il tarixlərində Mərakeşdə Beynəlxalq Astronavtika Federasiyası tərəfindən ilk dəfə keçirilən "İnkişaf etməkdə olan ölkələrin kosmik sahə üzrə qlobal konfransı"nda aparılıb.

"Azərkosmos"un da üzv olduğu Beynəlxalq Astronavtika Federasiyasının adıçəkilən konfransında "Azərkosmos"un nümayəndə heyəti şirkətə məxsus stenddə konfrans iştirakçılarına Azərbaycanın kosmik sahədəki rolu barədə ətraflı məlumat verib. Federasiya tərəfindən ilk dəfə "Kosmik sahədə inkişaf etməkdə olan ölkələr arasında körpü quraq" devizi altında keçirilən konfransda digər ölkələrin kosmik agentlikləri, hökumət və qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələri də daxil olmaqla, beynəlxalq ictimaiyyət bir araya gəlib.

Konfransın ilk sessiyasında kosmik sənaye üzrə tətbiqlərin inkişaf etməkdə olan ölkələrə sosial-iqtisadi faydaları, bu sahədə innovativ texnologiyaların transferi, ölkələrarası təcrübə mübadiləsi, kosmik proqramların həyata keçirilməsi üçün lazım olan əsas infrastruktur tələbləri barədə qarşılıqlı müzakirələr aparılıb.

Eyni zamanda, kosmik sənayenin inkişaf etdiyi ölkələrin təkcə peyk xidmətləri ixrac etməklə deyil, eləcə də tədqiqatlar aparmaq, ənənəvi peyk xidmətlərindən daha çox bilik və innovasiya tutumlu Əlavə Dəyərli Xidmətlər, informasiya məhsulları hazırlamaq və təqdim etməli olduğuna dair fikirlər səsləndirilib.(ONA)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Politoloq: Azərbaycan Rusiyaya ciddi nota verməlidir...

Prezident İlham Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda çıxış edib - Yenilənib

Azərbaycanda bu şəxsləri 5 il həbs cəzası gözləyir - Xəbərdarlıq

İran “Zəngəzur dəhlizi”nin açılmasını imkansız edən gücə sahibdir?

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

Əbülfəs Qarayevin qızının Rusiyadakı şirkətinin gəlirləri azalıb

Taleh Qaraşovun rəhbərlik etdiyi qurumun 730 minlik tenderi ləğv edildi

Mehriban Ələkbərzadə Corc Qafarovu işdən çıxardı

Direktorla müəllim arasında dava - Təcili yardım çağırıldı

Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödəniləcəyi vaxt açıqlanıb

Ən çox oxunanalar