Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saakaşvili Ukraynaya qayıtmaq üçün icazə istəyib

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar mənim ölkəyə daxil olmağıma qoyulan qadağanın ləğv edilməsini və Kiyevə evimə dönməyimə imkan yaratmağınız üçün sizə müraciət edirəm”

“Report” xəbər verir ki, bunu Ukraynanın Odesa vilayətin keçmiş qubernatoru, Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Vasili Qritsaka və Sərhəd Xidmətinin rəhbəri Petr Tsiqikala müraciətində bildirib.

O, 2018-ci il fevralın 12-də Ukraynada naməlum şəxslər tərəfindən qaçırılıb, təyyarəyə mindirilərək, ölkədən çıxarıldığını xatırladıb: “Mən güc tətbiqi ilə təyyarəyə mindirilərək, Polşaya sürgün edilmişəm”.

Qeyd edək ki, M.Saakaşvili 2004-cü il yanvarın 25-dən 2007-ci il noyabrın 25-dək, 2008-ci il yanvarın 20-dən 2013-cü il noyabrın 17-dək Gürücüstanın prezidenti, 2015-ci il mayın 30-dan 2016-cı il noyabrın 9-dək Ukraynanın Odessa vilayətinin qubernatoru olub. Ukrayanda korrpusiya və rüşvətxorluğa, ölkənin Daxili işlər naziri Arsen Avakova və başqa oliqarxalara qarşı çıxışlar etdiyi üçün tutduğu vəzifədən azad olunub. Ukrayan Prezidenti Petro Poroşenkonun əmri ilə M.Saakaşvili 2018-ci ilin fevralın 12-də ölkədən çıxarılıb və təyyarəyə mindirilərək Polşaya göndərilib. Eyni zamanda onun Ukrayna vətəndaşlığı ləğv edilib.

M.Saakaşvili prezident seçkisində Vladimir Zelenskinin qalib gələcəyi halda Ukrayana qayıdacağını bildirmişdi.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Ən çox oxunanalar