Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İcma AŞPA-ya tələb irəli sürdü

Qərbi Azərbaycan İcması Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) təmsil olunan qüvvələrdən Azərbaycana qarşı ayrı-seçkiliyə son qoymağı tələb edib...

Poliqon xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Bildirilib ki, müəyyən dairələrin sifarişini yerinə yetirən qüvvələr sırf irqi ayrı-seçkilik əsasında AŞPA-da Azərbaycana qarşı genişmiqyaslı kampaniya başlatmış və Azərbaycan nümayəndə heyəti Assambleyada öz fəaliyyətini dayandırmaq qərarı verib:

"AŞPA-nın 24 yanvar 2024-cü il tarixində qəbul etdiyi anti-Azərbaycan qətnaməsi bu bədnam kampaniyanın pik nöqtəsidir. Müxtəlif siyasi donlara girən, əslində isə ifrat millətçi olan bir ovuc ünsürün qəbul etdiyi qətnamənin mətnindən də bu kampaniyanın əsl motivi aydın görünür – Azərbaycanofoblar ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirlər. Azərbaycan tərəfi özünün milli maraqlarına söykənərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxan, irqi ayrı-seçkiliyə yol verərək Avropa İnsan Hüquqları Konvensiyasını pozan məlum AŞPA üzvlərini arzuolunmaz şəxslər elan etmişdir. İrqçiləri ifşa edən bu qərar Azərbaycanın suveren haqqıdır və insan hüquqlarının təşviqinə xidmət edir".

Qeyd edilib ki, AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosun və AŞPA-nın Almaniyadan olan üzvü, bədnam Azərbaycanofob Frank Şvabenin Azərbaycanın sözügedən qərarına münasibətdə ifadə etdikləri qəbuledilməzdir.

"Son 30 il ərzində Azərbaycan torpaqlarının işğalına son qoyulmasına çağırmayan, 21-ci əsrdə, bir ölkənin paytaxtında “Türksüz Ermənistan” şüarı ilə keçirilən çoxminli aksiyaları pisləməyən, qayıdış hüququnun yalnız ermənilərə aid olduğunu təbliğ edən, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı çağırış etməyən AŞPA-ya və bəzi Qərb təsisatlarına yığışmış bu “insan hüquqları aşiqləri”nin qərəzli fikirləri Azərbaycan xalqı üçün heç bir dəyər kəsb etmir", - deyə məlumatda bildirilib.

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - Yenilənib

ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq

İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulacaq

Bakıda kişi telefonda çox danışan arvadını döydü

Prezident İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - Yenilənib

Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var

Ən çox oxunanalar