Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada 300 ağac tingi oğurlanıb

Quba rayon sakini Ağalar Yarəliyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon ərazisində yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsindən meyvə tinglərinin oğurlanması barədə məlumat verib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, oradan ümumi sayı 300-yə yaxın gilas, heyva, badam və şaftalı tinglərinin oğurlandığı müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Barlı kənd sakini, 33 yaşlı Xəyyam Mirişov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi hadisəni etiraf edərək, tingləri bağ sahəsində əkib becərmək üçün oğurladığını bildirib. Oğurlanan tinglər maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülərək təcrübə bazasına təhvil verilib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

pia.az


Etiket: Quba

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar