Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musa Yaqub: "Çox əziyyət çəkirəm"

Son vaxtlar ağır xəstəlikdən əziyyət çəkən, tanınmış Azərbaycan şairi, sabiq deputat Musa Yaqub səhhəti, AYB ilə münasibətləri ilə bağlı bakupost.az-a qısa müsahibə verib

Həmin müsahibəni təqdim edirik:

- Musa müəllim, bir il xəstə yatağında yatdınız. Belə bir hiss yaşadınızmı ki, bu da son, ömür bitdi?

- Yox, imkanım olmadı onu düşünməyə. Ömürün bitməsindən qorxmamışam heç vaxt. Amma çox əziyyət çəkirəm. Səsim çıxmır, ayağım qalxmır ki, yeriyəm.

- Axırıncı dəfə nə vaxt şeir yazmısız?

- 3-4 gün bundan qabaq.

- Mövzu nə idi?

- Evin içində oturub evə tələsirdim. Bütün otaqları axtardım, yoldaşımı tapmadım. Yəni məhəbbət mövzusu.

- Zəlimxan Yaqub, Qəmbər Şəmşiroğlu ilə dost idiniz, get-gəliniz var idi. Onlar Allahın rəhmətinə qovuşub. Övladları yanınıza gəlirmi, kefinizi soruşurmu?

- Yox, nə Bəhlul, nə də Cavid Qurbanov ("Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili - red.) yanıma gəlməyib. Cavidlə ruh yaxınlığımız var, onun da həyat yoldaşı rəhmətə gedib. Ancaq gərək, onlar mənimlə əlaqə saxlayaydılar.

- Xəstə yatağında yatdığınız zaman müalicənizə Azərbaycan Yazıçılar Birliyi, birliyin sədri, xalq yazıçısı Anar dəstək oldumu?

- Yox, mən özüm də müraciət etdim, amma etmədilər. Dedim, məni Türkiyəyə göndərin, göndərmədilər. Dedilər, gərək icra başçısı desin, sonra kömək edək. Qorxdular. Anar bütün tədbirlərimdə iştirak edib, bircə bu işdə yox, qorxub. Dövlət də kömək etmədi. Bütün xərclərimi özüm çəkmişəm. Mənə prezident təqaüdü də verməyiblər.

- Sabah durub eşitsəniz ki, sizə "Xalq şairi" adı verilib, nə edərsiz?

- Mən daha Xalq şairi adını istəmirəm. Versələr də, götürmərəm. Sabah-birigün ölürəm, indi neynirəm o adı?

Şair körəlir və bu şeirini deyir:

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?

O zorbala, bu ərköyün,
Üz qırmızı, alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam, bir qoz dedim,
Qoşdular bu xora məni.

- Bir də görürsən ki, hansısa ortabab şairə fəxri ad da verirlər, hətta maşın da hədiyyə edirlər... Sizə necə?

- Onlara maşın verirlərsə, mənə də təyyarə düşür (gülür).

pia.az


Etiket: Musa Yaqub

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar