Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qiymət artımı: Azərbaycanda da Türkiyədə olduğu kimi “soğan böhranı” yaşanır?

Ekspert: “Ölkədə alıcılıq qabiliyyəti aşağıdır və əhali soğanı ucuz qiymətə əldə etməyə çalışır. Lakin fakt budur ki, soğanın istehsalı baha başa gəlir”.

“İstehsalın kifayət qədər olmaması fonunda soğanın qiyməti qalxıb. Hökumət planlamanı elə təşkil etməlidir ki, əhalinin ilboyu əhalinin ilboyu zəruri ərzaq mallarına olan tələbatı ödənsin”.

Bu sözləri kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov ölkə bazarında soğanın qıtlaşmasını və qiymətinin artımasını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Son zamanlar Azərbaycanda soğanın qiymətində artım hiss olunur. Belə ki, bir çox bazarlarda yerindən asılı olaraq soğan 1-1.50 manat və ya 1.70 – 2 manat civarında dəyişir. Qeyd edək ki, ötən il ölkədə 230 min ton soğan istehsal olunub. Ölkənin illik soğan tələbatı isə 160 min tondur və ötən il ölkədən təqribən 40 min ton soğan ixrac olunub.

Daxili bazarda ölkə əhalisinin ehtiyacından təqribən 30 min artıq soğan olduğu halda qıtlıq və qiymət artımı hardan və necə yaranır? Statistik rəqəmlər bizə yalanmı söyləyir, yoxsa monopolistlər soğanı ölkədən çıxartmaq və ikitərəfli şəkildə daha çox qazanmağa çalışırlar? Xatırladaq ki, son bir neçə aydır ki, Türkiyədə “soğan böhranı” yaşanmaqdadır. Qonşu ölkədə soğanın qiyməti kəskin şəkildə qalxıb və hökümət soğanın qiymətinə müdaxilə etmək zorunda qalıb.

Ötən 3 ildən fərqli olaraq, bu il bazarlarda soğanın qiyməti artmını şərh edən ekspertlərə görə, qiymət artımının hələ davam edəcəyi gözlənilir. Bahalaşma isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır.

Bəs soğanın qiymətinin bahalaşmasının əsas səbəbi nədir? Ümumiyyətlə, dövlətin süni qiymət artımına qarşı atdığı addımları qənaətbəxş hesab etmək olarmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikirlərini öyrənib.

Vahid Məhərrəmov: “İş orasındadır ki, ölkədə alıcılıq qabiliyyəti aşağıdır və əhali soğanı ucuz qiymətə əldə etməyə çalışır. Lakin fakt budur ki, soğanın istehsalı baha başa gəlir”.

Ölkədə soğanın süni şəkildə artmadığını vurğulayan kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, bahalaşmaya həm Türkiyəyə və Rusiyaya ixracın artması, həm də keçən ildən saxlanılan soğan artıq tükənməkdə olması səbəb olub:

“Daxili bazarda baş verən qıtlığa görə soğanın qiymətində artım hiss olunur. Bu bahalaşma həm də mövsümlə əlaqədardır. Məlumdur ki, keçən ildən saxlanılan soğan artıq tükənir. Digər tərəfdən, bir müddət əvvəl təxminən 6-7 min ton soğan Türkiyəyə ixrac olundu. Bu isə Azərbaycanın yarımaylıq istehlakıdır. Azərbaycan il ərzində təxminən 160-180 min ton soğan istehlak edir. Əgər ölkədə soyuducu anbarlar, soğanı keyfiyyətli və uzunmüddətli saxlamaq mümkün olarsa, Azərbaycanın istehsal etdiyi soğan özünü təmin edə bilər.

İş orasındadır ki, ölkədə alıcılıq qabiliyyəti aşağıdır və əhali soğanı ucuz qiymətə əldə etməyə çalışır. Lakin fakt budur ki, soğanın istehsalı baha başa gəlir. Burada başqa səbəblər də var. Bu baxımdan fermerlər, tədarükçülər və sahibkarlar çalışırlar ki, soğanın bir hissəsini ixrac etsinlər.

Keçən il soğan böyük həcmdə Rusiyaya ixrac olunub. Bu ilin əvvəlindən isə Türkiyəyə ixrac həyata keçirilib. Ona görə də ölkədə soğan qıtlığı yaranıb.

Əlbəttə, bu işdə hökumətin günahı böyükdür. Hökumət, xüsusən də Kənd Təsərrüfatı Nazirliyi əhalinin ərzaqla təminatını və soğan, kartof, digər tərəvəz məhsullarının ehtiyatı barədə düşünməlidir. Bu halda təxminən 30-40 min tonda ixrac nəzərə alınarsa, ölkədə soğanın qiymətində kəskin artım baş verməz. Həmçinin Azərbaycan özünün soğana olan ehtiyacını ödəyə bilər.

Bəzi işlər var ki, hökumət onları vaxtında görməli idi. Keçən il böyük həcmdə soğan sahələrdə çürüdü,fermerlər və sahibkarlar onu bazarlara çıxara bilmədi. May-İyun aylarında soğanın qiyməti çox ucuzlaşmışdı. Hətta 1 kq-ı 12-13 qəpiyə təklif olunurdu. Bu isə fermerlərə sərf etmir.

Vahid Məhərrəmov: “Keçən il böyük həcmdə soğan sahələrdə çürüdü,fermerlər və sahibkarlar onu bazarlara çıxara bilmədi”.

Artıq 3 ilə yaxındır ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizati” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Lakin ASC öz işləri ilə məşğul olmur.

Keçən il Gəncə-Qazax bölgəsində kartof, Ağdam və digər rayonlarda soğan sahələrdə çürüdü. Belə olan təqdirdə kifayət qədər ehtiyat toplanıb, anbarlara yığılmadı. Buna görə də indiki şəraitdə bazarda qıtlıq yaşanır və qiymət artımı baş verir. Ona görə də bu artıma süni qiymət artımı doğru olmaz. Çünki biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Yəni, qiyməti bazar müəyyən edir.

Vahid Məhərrəmov: “Süni qiymət artımı məmurların daha çox istifadə etdiyi kəlimədir. Bir çox ölkələrdə bu sözdən istifadə olunmur”.

İstehlakçı və tədarükçülər soğanı yanvar-fevral aylarında istehsal etməyiblər. Onlar soğanı avqust-sentyabr-oktyabr aylarında anbarlara yığıblar. Soğanı anbarlarda saxlamaq üçün böyük vəsaitə ehtiyac var. Orada xüsusi şərait yaratmaq lazımdır ki, soğanı uzunmüddət saxlamaq mümkün olsun. Sərf edilən vəsait fonunda qiymət artımı süni deyil.

Ümumiyyətlə, süni qiymət artımı məmurların daha çox istifadə etdiyi kəlimədir. Bir çox ölkələrdə bu sözdən istifadə olunmur. Çünki bazarda tələbat təklifə uyğundur.

Soğan sənaye məhsulu deyil ki, onun maya dəyərini hesablamaq mümkün olsun və qiymət müəyyən edilsin. Soğanı fermerlər istehsal edir. Onun bir hissəsi sahədə, bir hissəsi daşınma zamanı, bir hissəsi satış həyata keçirilən zaman və bir hissəsi də saxlanma yerlərində xarab olur.

Bu baxımdan süni qiymət artımı düzgün yanaşma deyil. Bu gün Azərbaycanda soğan istehsalı baha başa gəlir. Bunu anlamaq lazımdır. İstehsalın kifayət qədər olmaması fonunda soğanın qiyməti qalxıb. Hökumət planlamanı elə təşkil etməlidir ki, əhalinin ilboyu zəruri ərzaq mallarına olan tələbatı ödənsin”.

Gülşən ŞƏRİF
pia.az


Etiket: Soğan Bahalaşma

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay