Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Şeydayev: “Luka Modriçə qarşı oynamaq qiymətsiz təcrübədir”

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Sovetskiy Sport"un suallarını cavablandırıb

23 yaşlı hücumçunun müsahibəsini təqdim edirik...

- Dünya vitse-çempionlarına qarşı AVRO-2020-nin seçmə oyunu ilə bağlı hansı təəssüratlarınız var?

- Xorvatiyaya qarşı yaxşı oynadığımızı düşünürəm. Rəqibi əks-hücumlarda tuturduq. Yalnız ona təəssüflənirəm ki, heç-heçəni qoruya bilmədik. Hərçənd, buna çox yaxın idik. Amma istənilən halda, Zaqrebdəki matçımızı müsbət dəyərləndirmək olar. Açığı, oyundan əvvəl həyəcan var idi. Xorvatiyanın ulduzlardan ibarət komandası var. Tam qüvvəmizi ortaya qoymalı olduq. Latviya ilə yoldaşlıq görüşünə isə yorğun çıxmışdıq. Bir neçə imkanı əldən verdik və heç-heçə etdik - 0:0.

- Əvvəllər Luka Modriçə simpatiya bəslədiyinizi etiraf edirdiniz. Öz kumirinizə qarşı oynamaq necə idi?

- Əlbəttə, onunla eyni meydana çıxmaq xoş idi. O, ötən mövsümün yekununda "Qızıl top"u təsadüfi almayıb. Böyük usta olduğu oyun zamanı dərhal hiss olunur. Belə rəqiblə qarşılaşdıqda özün idmançı kimi inkişaf edirsən. Bu, qiymətsiz təcrübədir. Yeri gəlmişkən, özüm "Real Madrid"ə azarkeşlik edirəm. Təkcə Modriçə görə yox. Luka "Tottenhem"də oynadığı vaxt həmişə "Arsenal"a simpatiya bəsləyirdim.

- Komandanız üzərində ağır qələbədən sonra Xorvatiya millisi Macarıstana uduzdu. Azərbaycanın qrupdan çıxma şansları var?

- Hesab edirəm ki, mümkünsüz heç nə yoxdur. Baxın, seçmə mərhələlərdə nə qədər sensasiya, maraqlı süjetlər baş verir. Çox bərabər qrupumuz var - Macarıstan, Uels, Slovakiya... Amma biz ikinci yer uğrunda mübarizə aparmağa çalışacağıq.

- Nikola Yurçeviç yığma üzvlərinə klublarına qayıdışlarından əvvəl nə dedi?

- Yaxşı oyuna görə təşəkkürünü bildirdi və xatırlatdı ki, iyunda bizi Macarıstan və Slovakiya ilə ev oyunları gözləyir. Bu qarşılaşmalar bizim üçün həlledici ola bilər. Maksimum xal toplamaq lazımdır.

- Rusiya Premyer Liqasında Azərbaycan yığmasını təmsil edən yeganə futbolçusunuz. Bu çempionatda daha kim oynaya bilər?

  • Çoxlarını sadalaya bilərəm. Amma konkretləşdirməyəcəyəm. Çünki bunlar subyektiv fikirlərdir. Futbolçu bir komandaya uyğun gəlir, digərinə yox. Hər şey baş məşqçinin baxışından asılıdır. Azərbaycanlı futbolçuların ustalıq səviyyələri isə lazımi səviyyədədir.(Report)

pia.az


Etiket: Ramil Şeydayev

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

VHP-çi namizəd Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ermənilərin növbəti tarix saxtakarlığı - 1828-ci ildə “Şərqi Ermənistan” olub?

Natiq Miri: Putini təcili qaydada Azərbaycana gətirəcək elə bir ciddi hadisə mövcud deyil...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay