Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtisadiyyata yatırılan 200 milyard dollardan əhaliyə nə çatıb? – Ekspert

Azərbaycan iqtisadiyyatının real böyümə tempi ilə ən zəngin 10%-lik əhali qrupunun varlanma tempini müqayisə etmək çox maraqlı olardı – əgər etibarlı və əhatəli milli statistikamız olsa idi

“Böyük neft pullarının ölkəyə gəlməyə başladığı son 13 ildə (2005-2018-ci illər) Azərbaycan iqtisadiyyatı real olaraq cəmi 2.3 dəfə böyüyüb. İqtisadiyyata yönəldilən resursların (200 mlrd. dollardan artıq) müqabilində bunu ciddi böyümə saymaq olarmı? İqtisadiyyata yatırılan hər 10 dollar ən yaxşı halda 1 dollar milli gəlir yaradırsa, gizli iqtisadiyyat rəsmi iqtisadiyyatdan daha sürətlə böyüyürsə, iqtisadi sistemin nə dərəcədə effektiv çalışdığını dartışmağa ehtiyac var”.

Bunu iqtisadçı ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, real böyümə iqtisadiyyatın zənginləşmə səviyyəsini göstərir:

“Ev təsərrüfatı ilə müqayisədə, mənzərə daha aydın görünür. İxtiyari bir ailənin 2005-ci ildə 50 min dollar dəyərində bir mənzili və avtomobili vardı, bu gün 100 min dollarlıq sərvətə malikdir. İlk baxışdan ciddi böyümə kimi görünə bilər, çünki öz sərvətini 2-yə qatlayıb. Amma 1 faktı nəzərə alaraq böyümənin ciddi olub-olmadığına qərar verin: təsəvvür edin ki, 13 il ərzində davamlı olaraq ən müxətlif mənbələrdən (kredit, dost yardımı və s. formasında) həmin ailənin sərəncamından sərmayə kimi azı 500-600 min dollar gəlib-keçib. Amma bu qədər geniş investisiya imkanları müqabilində öz sərvətini cəmi 2 dəfə artıra bilib”.

Ekspertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının real böyümə tempi ilə ən zəngin 10%-lik əhali qrupunun varlanma tempini müqayisə etmək çox maraqlı olardı – əgər etibarlı və əhatəli milli statistikamız olsa idi:

“Nəzəri olaraq mən təxminən bu fərqi Mərkəzi Bankın pul kəsmə sürətinə nəzərən təsəvvür edə bilirəm: 2005-2018-ci illərdə Mərkəzi Bankın çap maşını hesabına iqtisadiyyata daxil olan pul kütləsinin həcmi 11 dəfə artıb. Bu qədər monetar genişlənmə milli iqtisadiyyatı real olaraq cəmi 2.3 dəfə, nominal olaraq 6.5 dəfə böyüdə bilib. Nominal böyüməyə baxdıqda, çap maşınının sürətinin iqtisadiyyatın qiymət miqyasının sürətini az qala 2 dəfə arxada qoyduğunu görürük.

Bir sözlə, ən üst təpədəki zənginlərin də varlanma sürətini həmin çap maşının sürətinə yaxın təsəvvür edin. Monetar siyasət milli iqtisadiyyatdan çox onların işinə yarayıb”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar