Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT baş katibi: “Son 3 ildə dünyada mindən çox jurnalist və hüquq müdafiəçisi öldürülüb”

BMT baş katibi Antoniu Quterriş dünya birliyini mətbuat işçilərinə, habelə insan hüquq və azadlıqları uğrunda mübarizə aparan aktivistlərə qarşı törədilən cinayətləri cəzasız qoymamağa çağırıb

BMT-nin Cenevrədəki qərargahında İnsan Hüquqları üzrə Şuranın 40-cı sessiyasında çıxış edən A. Quterriş son 3 ildə mindən çox jurnalist və hüquq müdafiəçisinin öldürüldüyünü bildirib.

BMT baş katibi müxtəlif ölkələri təmsil edən nümayəndələrə repressiyaları durduracaq, habelə həmin insanların müdafiəçisi üçün daha çox işlər görməyə çağırıb.

“Biz həmin sahələrdə çalışan şəxslərə edilən cinayətlərin, demək olar ki, hamısının cəzasız qalmasına dözə bilmərik”,- deyə Antoniu Quterriş nitqində vurğulayıb.

Dünyanın ən böyük və universal təşkilatının rəhbəri, bundan başqa, internet və sosial şəbəkələrdə ksenofobiya, irqçilik, antisemitizm və müsəlmanlara nifrət kimi neqativ halların kütləvi şəkildə yayılması ilə bağlı narahatlığıını ifadə edib.

O, hər kəsin diqqətini “qaçqın və miqrantların terrorizmlə əlaqələndirilməsinə edilən yanlış cəhdlərə” cəlb edərək, bununla miqrasiya ilə bağlı qlobal sazişin yalan axınında batırılmaq istənildiyini” önə sürüb.

Quterriş sessiya iştirakçılarına soyqırım törədilməsiin qarşısının alınması üzrə xüsusi müşaviri Adam Dienqoya “nifrət aşılayan bəyanatlara cavab verilməsi”, habelə bununla əlaqədar “qlobal fəaliyyət planı tərtib etmək üçün” komanda toplamaq tapşırığı verdiyini söyləyib.

Qeyd olunur ki, İnsan Hüquqları Şurasının sessiyasının iştirakçıları insan hüquq və azadlıqları sahəsində 30-a yaxın ölkə, o cümlədən Venesuela, Suriya və Ukraynadakı vəziyyəti müzakirə edəcək.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Separatçı necə YAP-ın İdarə Heyətinin üzvü və deputat ola bildi?

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Rusiya Prezidenti Vladimir Putinlə şam ediblər

"Alov Qüllələri"ndəki görüntü gündəm oldu - Video

Putin bu gün Azərbaycana dövlət səfəri edəcək

Yasamalda 10 gündür çəkilən yeni zolaq sürücüləri çaşdırır - Video

Aysel Səfərli seçicilərlə görüşüb - Fotolar 

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Sabirabadda ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı açıqlama

Rusiya Prezidentinin Azərbaycana səfəri başlayıb

Ən çox oxunanalar