Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ən uğursuz İT layihələri - Siyahı

İnformasiya texnologiyaları (İT) sahəsində tanınmış ekspert Osman Gündüz Azərbaycanın ən uğursuz İT layihələrini sıralayıb

 

Ekspert Facebook səhifəsində yazıb:

“Son dövrlərdə ölkənin İT sektoru əvvəlki illərlə müqayisədə xeyli genişlənib. İKT sektorunda xidmət və ticarət sferaları, eyni zamanda İT istehsal sahəsində irəliləyişlər var. Ciddi uğur qazanan İT layihələrimiz var. Qlobala çıxan layihələrimiz də yavaş -yavaş formalaşır.

Bununla belə hədsiz böyük vəsaitlərin qarşılığında uğursuzları da olub.

Son günlər özümüzün milli sosial şəbəkəmizin yaradılmasının vacibliyini bildirənlər uğursuz layihələri bir daha mənə xatırlatmış oldu

Ümumiyyətlə, son 25 ildə ölkədə İT-nin inkişaf tarixi gözümün qarşısında olduğundan ən uğursuz layihələrin də bir neçəsini yada salıram:

1. SCADA.

Ölkə üzrə bütün enerji sektorunu avtomatik rejimdə dispetçer məntəqələrindən idarə etməyə imkan verən informasiya sistemi, 58 milyon dollar. 2011-də “Azərenerji”yə təhvil verilib. 2018-ci ildə baş verən enerji qəzasında sistem işləməyib. Hazırda yeni sistem üzərində iş aparılır

2. Yumroo.az milli sosial şəbəkə layihəsi.

Rabitə və İT Nazirliyi dəstəkləyirdi, 2 – 3 mln. manat ayrıldığı bildirilirdi. 2009-cu ildə start verilmişdi. 2010-da iflas oldu. İndi yeni milli sosial şəbəkə üçün yeni təşəbbüslər edilir.

3. KÜR Kompüter zavodu.

Təsisçiləri RİTN, “Teleradio” istehsal birliyi və “Sinam” şirkəti olub. 2008-ci ildə qurulub. İstehsal etdiyi kompüterlər keyfiyyətsiz olduğundan hazırda məktəblərdə və bəzi dövlət qurumlarında anbarlardadır. 2015-də iflas oldu. Hazırda onun bazasında Htech Invest şirkəti qururlub və Acer markası altında avadanlıqlar istehsal olunur.

4. “Elektron məktəb və təhsilin elektron idarəedilməsi” sistemi.

Təhsil Nazirliyinin sifarişi ilə ULTRA şirkəti Rumıniyadan almışdı, 20 milyon manat ayrıldığı bildirilirdi. 2007-ci illərdə start verilib.

Proqram təminatının ilkin kodları alınmadığından, update mümkün olmadığından hazıda yeni sistem üzərində işlər aparılır.

5. Nəqliyyatın İntellektual İdarətmə Sistemi.

100 milyon manat 2011- ci ildə Nəqliyyat Nazirliyi Cənubi Koreya şirkətinə hazırlatmışdı. Qarşıya qoyulan vəzifələrin heç birisini reallaşdıra bilmədi və qısa müddətdə iflas oldu.
Hazırda cavabdeh qurum olaraq BNA bu istiqamətdə hansı işlərin görüləcəyini bildirməyib.

6. Siyahının sonunu yaxşıları ilə bitirmək istərdim.

Elə İT layihələr də olub ki, ilkin versiyası uğursuz olsa da sonradan həm yerli, həm də beynəlxalq resursları cəlb etməklə, yenidən ciddi resurslar və əmək sərf etməklə onları dirçəltmək və uğurlu etmək olub. Məsələn, MİDA, eGov və s.(demokrat.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Olimpiya mükafatçımızdan qalmaqallı paylaşım: Azərbaycanı sizdən qat-qat çox təmsil edirəm...

"Neftçi"də anarxiya: Aranı qarışdıran ədəbsiz hərəkət - Video

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb – Yenilənib

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Pezeşkianın təklif etdiyi nazirlərin adları parlamentə təqdim edilib - Siyahı

Şəkidə minik avtomobili yük maşınına çırpılıb: Ölənlər var - Yenilənib

Azərbaycan Paris olimpiadasını 7 medalla başa vurub

Rusiya Kiyev vilayətini atəşə tutub, ölənlər və yaralananlar var

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay