Bazar, 11 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Öz fənnini 20-30 faiz bilən müəllimlər – Şagird həmin fənni neçə faiz biləcək?

Təhsil üzrə ekspert: “Təhsil qanunvericiliyimizdə “zəif müəllimlər”dən azad olmanın lazımi işlək mexanizmi yoxdur. Olsa belə, bunun hansı fəsadlar yarada biləcəyini bəri başdan təsəvvür etmək o qədər də çətin məsələ deyil”

“20-30 faiz” ətrafında mübahisə edə bilmərəm, bununla belə məktəblərimizdə öz ixtisasını lazımi səviyyədə bilməyən müəllimlərin kifayət qədər olduğu və bu müəllimlərin zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub, indi də çalışmaları faktı da inkar edilməzdir”.

Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın müəllimlərin savadı haqqında dediklərini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib ki, bu gün məktəblərimizdə öz ixtisasını 20-30 faiz bilən müəllimlər var. Bu müəllimlər zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub və indi də çalışırlar.

Xanım nazir müavininin sözlərinə görə, qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlər üçün nazirlik əlavə olaraq ixtisasartırma təlimləri təşkil edib. Aşağı nəticə göstərən müəllimlərin bəziləri təlimlərdə iştirak etdikdən sonra öz nəticəsini həqiqətən yaxşılaşdırıb:

“Elə müəllimlərimiz də var ki, bu gün öz ixtisasları üzrə 0-9 bal arası nəticə göstəriblər. Aralarında da elələri var ki, bu yaşdan sonra onları yenidən hazırlamaq mümkün deyil. Bundan sonraki dövr sertifikatlaşdırma mərhələsidir ki, bu da həmin müəllimlərin öz üzərində ciddi çalışmasını tələb edir. Bununla bağlı bir ajiotaj, narahatçılıq da yaratmaq lazım deyil. Əlbəttə ki, heç bir valideyn istəməz ki, onun övladına savadsız müəllim dərs desin. Bir savadsız müəllimi sistemdən kənarlaşdıranda da, o müəllim harasa şikayət edəndə də, hamı bunu anlayışla qəbul etməlidir”.

Öz fənnini bu səviyyədə bilən müəllimlər şagirdlərə necə təhsil verə bilir və təhsildə müəllimin təlimlərdən sonra nəticəsinin yaxşı olması normal haldır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrənib.

Nadir İsrafilov: “Müəllimlərin təlimlərə cəlb edilməsi daha məqbul sayıla bilər, nəinki onlara qarşı hər hansı bir sanksiyanın tətbiq edilməsi”.

Müəllimlərin işə qəbulunda və dərs yükünün tənzimlənməsində yol verilən nöqsanları xatırladan təhsil üzrə ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, müvafiq qaydalar neçə dəfə dəyişdirilib və hələ də təkmilləşdirilməsinə ehtiyac duyulur:

““20-30 faiz” ətrafında mübahisə edə bilmərəm, bununla belə məktəblərimizdə öz ixtisasını lazımi səviyyədə bilməyən müəllimlərin kifayət qədər olduğu və bu müəllimlərin zamanında, müxtəlif şəraitlərdə təhsil sisteminə daxil olub, indi də çalışmaları faktı da inkar edilməzdir.

Artıq, neçə illərdən bəridir ki, respublikanın müxtəlif şəhər və rayonlarında müəllim kimi çalışan, təhsil sənədi dövlət nümunəli olmayan, saxta və yaxud ixtisasına uyğun gəlməyən sənədlə işləyən, öz fənnini lazımi səviyyədə bilməyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparılır. Onlarla bağlanmış əmək müqavilələrinə əmək qanunvericiliyinin tələbləri gözlənilməklə xitam verilməsi məsələsi gündəmə gətirilir və mübahisələndirilir.

Hesab edirəm ki, ilk olaraq problemin nədən qaynaqlandığına diqqət çəkmək lazımdır.

Nadir İsrafilov: “Respublikanın müxtəlif şəhər və rayonlarında müəllim kimi çalışan, təhsil sənədi dövlət nümunəli olmayan, saxta və yaxud ixtisasına uyğun gəlməyən sənədlə işləyən, öz fənnini lazımi səviyyədə bilməyən müəllimlərin aşkarlanması istiqamətində mütəmadi araşdırmalar aparılır”.

Yəqin, çoxlarına məlum olmamış deyil ki, müstəqillik əldə ediləndən sonra bir çox digər sahələrdə olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar yaranmışdı. 70-dən çox ali və orta ixtisas təhsil müəssisəsinin 30-a qədəri lazımi kadr potensialına və infrastruktura malik olmadan bilavasitə müəllim hazırlığı ilə məşğul oldular.

1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması, 1972-ci ildən isə “Müəllimlərin Təkmilləşdirmə İnstitutu” kimi fəaliyyət göstərən ali məktəb müəssisəsinin adı, 2000-ci ildə dəyişdirilib “Azərbaycan Müəllimlər İnstitutu” oldu. Onun Gəncə Ağcabədi, Qazax, Quba, Şamaxı, Şəki, Zaqatala və s. bu kimi 11 filialı yaradıldı. Onların bir çoxunun taleyi yəqin ki, çoxlarına məlumdur. Bütün bunların nəticəsi kimi tələb-təklif prinsipi pozulmuş oldu.

Əlbəttə, heç olmasa ədalət naminə də olsa etiraf etməliyik ki, istər keçmiş Respublika Müəllimləri Təkmilləşdirmə institunun, istərsə də Bakı PKİA adlanan paytaxt Müəllimləri Təkmilləşdirmə institutunun müəlimlərin ixtisaslarının artırılması sahəsində rolu böyük olub.Təkcə müəllimlər deyil, hətta rəhbər pedaqoji isçilər də həmin institutların bazasında 1 aylıq kurs keçərək, əmək haqqları saxlanılmaqla və məzuniyyət xərcləri dövlət hesabına ödənilməklə yeniliklərlə tanış olur, oz ixtisaslarını nəzərəçarpacaq dərəcədə artırırdılar.

Nadir İsrafilov: “İstənilən halda yaxın keçmişin səhvlərindən ibrət götürülməsi və bu istiqamətdə əməli addımların atılması müsbət haldır”.

Bu mənada aşağı nəticə göstərən müəllimlərin təlimlərə cəlb edilməsi daha məqbul sayıla bilər, nəinki onlara qarşı hər hansı bir sanksiyanın tətbiq edilməsi. Bir də ki, Təhsil qanunvericiliyimizdə “zəif müəllimlər”dən azad olmanın lazımi işlək mexanizmi yoxdur. Olsa belə, bunun hansı fəsadlar yarada biləcəyini bəri başdan təsəvvür etmək o qədər də çətin məsələ deyil. İstənilən halda yaxın keçmişin səhvlərindən ibrət götürülməsi və bu istiqamətdə əməli addımların atılması müsbət haldır, təsdiq və təqdir olunmalıdır.

Digər bir məsələ, müəllimlərin işə qəbulunda və dərs yükünün tənzimlənməsində yol verilən nöqsanlarla bağlıdır ki, nəticə etibarı ilə müvafiq qaydalar neçə dəfə dəyişdirilib və hələ də təkmilləşdirilməsinə ehtiyac duyulur.

Nəzərə alsaq ki, hazırda ölkəmizdə müəllimlərin sayı tələbatdan iki dəfədən də artıqdır, çıxış yolunu ali məktəblərdə müəllim hazırlığını gücləndirənədək bu ixtisaslar üzrə qəbul planını minimuma endirməkdə, fəaliyyətdə olan müəllimlərin ixtisas səviyyələrini yüksəltməkdə görürəm. Hər halda, bu peşəyə yeni yiyələnlərlə müqayisədə əvvəlkilərin heç olmasa, müəyyən pedaqoji təcrübəsi var”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazirin sabiq müavininin deputatlığa namizəd qızı: Günay Əfəndiyevanın adı hansı qalmaqallarda hallanır?

"The Telegraph"ın sensasion iddiası... - Azərbaycan tərəfi  rəsmi Tehrandan açıqlama gözləyir...

Heydər Əsədovun seçkidə önü açıq buraxıldı – işıqçı, fəhlə, işsiz…

Könül Nurullayevanın rəqibləri kimlərdir? – AYNA işçisi, Yeni Klinikanın vəzifəlisi…

Təhsili “abad” edən Mehriban Vəliyevanın seçkidəki rəqiblərini tanıyın – işsizlər, “JEK” üzvləri…

Mehriban Əliyeva bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib

Paris-2024: Sərbəst güləşçisimuz bürünc medal qazanıb

Xaməneinin müşaviri: Ağır cəzaya hazırlıq başa çatıb

Dünyada xərçəng niyə sürətlə cavanlaşır? - Alimlər xəbərdarlıq edir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay