Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıya gələcək məşhur gimnastlar - Siyahı

16-17 fevral tarixlərində Bakıda keçiriləcək Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun iştirakçılarının adları açıqlanıb

31 ölkədən 200-ə yaxın iştirakçının qeydə alındığı siyahıda ən titullu gimnastların olması artıq bütün diqqətləri bu yarışa cəlb edib.

Belə ki, Tokio Olimpiadasına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozana Maklenan, Ceyson Börnet, Donq Donq, Ley Qao, Dmitri Uşakov və Brioni Peyc kimi olimpiya ulduzları mübarizə aparacaq. Bakı tamaşaçısı isə ilk dəfə olaraq Milli Gimnastika Arenasında bu qədər sayda olimpiya mükafatçılarının möhtəşəm çıxışlarını canlı izləyə biləcəklər.

Yalnız Olimpiya deyil, bir çox dünya və Avropa çempionatı medalçılarının da yer alacağı kubok rəqabətin ən yüksəkdə olacağını artıq indidən vəd edir.

Ulduz kişi və qadın gimnastların siyahısı aşağıdakı kimidir:

Vladislav Qonçarov (Belarus) – Olimpiya Oyunları 2016 – qızıl

Rozana Maklennan (Kanada) – Olimpiya Oyunları 2012, 2016 – qızıl

Ceyson Börnet (Kanada) – Olimpiya Oyunları 2008 – gümüş

Donq Donq (Çin) – Olimpiya Oyunları 2012 – qızıl

Ley Qao (Çin) – Olimpiya Oyunları 2016 – bürünc

Brioni Peyc (Böyük Britaniya) – Olimpiya Oyunları 2016 – gümüş

Dmitri Uşakov (Rusiya) – Olimpiya Oyunları 2012 – gümüş

Beni Vizani (Avstraliya) – Yeniyetmələrin Olimpiya Oyunları 2018 – bürünc

Oleq Rabstov (Belarus) – Dünya çempionatı 2018 – qızıl (sinxron)

Andrey Yudin (Rusiya) – Dünya çempionatı 2018 – bürünc

Yana Pavlova (Rusiya) – Dünya çempionatı 2018 – bürünc

Dominik Klark (Avstriya) – Dünya çempionatı 2018 – bürünc (sinxron)

Dioqu Qansinyu (Portuqaliya) – Avropa çempionatı 2018 – qızıl

İvan Litvinoviç (Belarus) – Avropa çempionatı (yeniyetmə) 2018 – qızıl

Anna Qonçarova (Belarus) – Avropa çempionatı – gümüş

Alan Morant (Fransa) – Avropa çempionatı 2018 – bürünc

Pirməmməd Əliyev (Qazaxıstan) – Asiya Oyunları 2018 – bürünc

Qeyd edək ki, 2019 və 2020-ci illərdə Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli səkkiz Dünya Kuboku keçiriləcək. Paytaxtımız isə bu kuboklardan ikisinə (2019, 2020) ev sahibliyi edəcək.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar