Cümə axşamı, 12 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Harri Rusiyaya qarşı vuruşacaq

Uels şahzadəsi Harri Britaniyanın Rusiyaya qarşı son 20 ildə keçirdiyi ən böyük hərbi təlimdə iştirak edəcək

Bu məlumatı Krallıqdakı mənbəyə istinadən “Daily Mirror” media orqanı yayıb. Şahzadə Norveç dənizçiləri ilə birlikdə olacaq. Həmin təlimə min nəfər Britaniya hərbçisi də qoşulacaq.

“Daily Mirror” yazır ki, hazırda Qərblə Rusiya arasındakı münasibətlər Soyuq Müharibə dönəmindəki qədər gərgindir. Qərb Moskva tərəfindən Avropaya hərbi müdaxilə ola biləcəyini istisna etmir. Uels şahzadəsinin ön sırada yer alması Vladimir Putinə Britaniyanın bir mesajıdır: “Biz sizi geri oturtmaq gücündəyik”.

Təlimlərdə Rusiyanın ehtimal olunan hərbi müdaxiləsinə qarşı manevrlər həyata keçiriləcək. Təlimin Norveçdə keçirilməsi də təsadüfi deyil. Çünki bu ölkə şimal tərəfdən Rusiyaya daha yaxındır.

Saraydakı mənbə bildirib ki, 34 yaşlı şahzadə 37 yaşlı hamilə xanımından ilk uşağını gözləyir. Ancaq dənizçi-zabit olan şahzadə 12 həftə davam edəcək təlimlərdə öndə olmağı özünə borc bilib. Təlimdə ABŞAvropanın 8 min hərbçisi yer alır. Bu məlumatı isə Britaniyanın müdafiə nazirliyi verib.

Şahzadə Harri Əfqanıstanda “Apache” ("Uçan Tank") helikopterinin pilotu kimi xidmət edib. O vaxt onun talibançıları öldürməsi barədə xəbər yayılmışdı. O da deyilirdi ki, Taliban rəhbərliyi şahzadə Harrini əsir götürməyə çalışıb.

“Daily Mirror” bildirir ki, ötən ilki casus olaylarına görə (Serqey Skripal və qızı Yelena məsələsi) Moskva ilə London qanlı-bıçaq olub.

Yazının hazırlanmasında aşağıdakı qaynaqdan istifadə olunub:(musavat.com)

https://www.mirror.co.uk/news/uk-news/prince-harrys-secret-role-uks-13814164

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Növbəti köç karvanı Laçına çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Evlilik təklif etdim, o da... - Elmar Məmmədyarovla söhbət - Video

Bakıda müğənni Kərimin toy zamanı döyülməsinin təfərrüatları məlum olub

İran Prezidentinin İraqa səfəri başlayıb - Yenilənib

Rusiyanın hərbi texnikası nə vaxt tükənəcək? -  Analitiklərdən məyusedici proqnoz 

Politoloq: Azərbaycan dövlətinin humanistliyi zatən ABŞ-dan çoxdur...

Vətən müharibəsi iştirakçısı Ukraynada həlak oldu

Ermənistanda hakim partiyanın üzvləri: Azərbaycanı divara dirəməyə hazırıq...

Tramp və Harris Ukrayna münaqişəsinin həlli ilə bağlı mübahisə ediblər

Ən çox oxunanalar