Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

«Ukraynadan qaçqın axını baş verə bilər» – Slovakiyanın baş naziri

Slovakiyanın Baş naziri Peter Pelleqrini keçirdiyi mətbuat konfransında bəyan edib ki, Moskva ilə Kiyev arasında münasibətlərin gərginləşməsi nəticəsində Şərqi Ukraynanın əhalisinin bir hissəsi ölkənin qərbinə axışa bilər

Bunun nəticəsi isə Slovakiyaya yönəlik miqrasiya təzyiqi doğura bilər.

«Əhalinin bir hissəsi Ukaynanın şərq vilayətərindən qərbə yerini dəyişə bilər ki, bu da bizim sərhədləri keçmək üçün təzyiq yaradar. Biz, vəziyyəti ciddi şəkildə izləyirik» – deyə, Pelleqrini xüsusi iclasdan sonra bildirib. Mətbuat konfransını şəbəkə TV-kanalları yayımlayıb.

Bununla yanaşı, baş nazir qeyd edib ki, Ukraynada münaqişənin mümkün qızışması barədə hökumətin əlində məlumat yoxdur.

«Hələlik vəziyyət təhlükəli deyil. Slovakiyanı heç bir insident təhdid etmir, amma hökumət mümkün riskləri qiymətləndirməyə bilməz» – deyə, Pelleqrini bildirib və əlavə edib ki, münaqişənin diplomatik yolla həllinə inanır.

Müdafiə naziri Peter Qaydoş isə xəbər verib ki, ordu sərhədlərin qorunması üçün 1,2 min hərbçi və hərbi polis ayıra bilər.(azpolitika.info)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Ukrayna Kurskda körpünü vurdu, 700 rus hərbçisi mühasirədə qalıb

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay